1
MÜHAZİRƏ 1. MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENANIN
İNKİŞAF TARİXİ VƏ VƏZİFƏLƏRİ
İnsanı əhatə edən mühiti bitki və heyvanlarsız təsəvvür etmək mümkün
deyildir. Bu canlıların sayəsində insanlar qidalanır, geyinir, hətta yaşayış üçün lazım
olan ev əşyaları və s. əldə edirlər. Lakin canlılar arasında təbiətin bütün ağırlığını
daşıyan elə orqanizmlər də vardır ki, bunları adi gözlə görmək mümkün deyildir.
Belə canlılara çox kiçik ölçülü, adi gözlə görünməyən canlılar - mikroorqanizmlər
aiddir. Mikroorqanizmlərdən bəhs edən elm mikrobiologiya adlanır (latınca micros –
kiçik, bios - həyat, logos - elm). O, biologiyanın mühüm sahəsi olub,
mikroorqanizmlərin xarici görünüşünü, hüceyrə quruluşunu, yayılmasını,
təsnifatını, ünsiyyət və dəyişkənliyini, ekologiyasını, fizioloji xüsusiyyətlərini,
biokimyasını və həyat fəaliyyətlərini, insanların mənafeyinə uyğun istiqamətdə
tətbiqolunma yollarını öyrənən elmdir. Mikroorqanizmlərin ölçüsü o qədər kiçikdir
ki, bir damcı suda onlar milyonlarla olur və yalnız yüksək böyütmə qabiliyyətinə
malik mikroskopla müşahidə edilə bilirlər. Bu orqanizmlərə bakteriyalar, viruslar,
maya və kif göbələkləri, mikroskopik yosunlar və ibtidailər aiddir. Sonuncularla
alqologiya və protozoologiya elmləri məşğul olur.
Mikroorqanizmlər təbiətdə – bütün iqlim zonalarının torpaqlarında, suyunda
və havasında geniş yayılmışdır. Müxtəlif mikroblar çoxlu miqdarda bədən
səthində, heyvan və insan bağırsaqlarında, bitkilərdə, bizi əhatə edən əşyalarda və
qida
məhsullarında
yaşayırlar.
Akademik
V.L.Omelyanski
yazırdı:
«Görünməyənlər, onlar insanları daim müşayiət edir, onun həyatına ya dost kimi,
ya da düşmən kimi qarışırlar».
Mikrob növlərinin çoxlu miqdarda olması aşağıdakı əsas amillərlə
əlaqədardır: onların müxtəlif qidalardan istifadə qabiliyyəti, yaşayış şəraitinə asan
uyğunlaşması, isti, soyuq və rütubət çatışmamazlığına yüksək davamlılığı və
sürətlə çoxalma qabiliyyəti ilə.
Mikroorqanizmlərin bizim planetin həyatında da böyük əhəmiyyəti vardır. Onlar
təbiətdə müxtəlif maddələrin çevrilməsində fəal iştirak edirlər. Daş kömürün, neftin,
bəzi filizlərin əmələ gəlməsi onların həyat fəaliyyəti ilə əlaqədardır.
2
Torpağın, onun strukturunun əmələ gəlməsində və məhsuldarlığında
mikroorqanizmlərin rolu əvəzsizdir. Mikroorqanizmlərdən sənayedə üzvi turşuların
(süd, yağ, limon), asetonun, butil və etil spirtinin, vitaminlərin, amin turşuların,
ferment preparatların və antibiotiklərin istehsalında istifadə edilir. Bir çox
mikroorqanizmlər qədimdən yeyinti və yüngül sənaye sahələrində, həmçinin ev
təsərrüfatında tətbiq olunurlar. Mayalardan turş süd məhsulları hazırlanmasında
istifadə edilir. Onlar pendirin yetişməsi prosesində, meyvə və tərəvəzlərin
turşudulmasında iştirak edirlər.
Mikroorqanizmlər tədqiqatçıların diqqətini qida zülalının potensial istehsalçısı
kimi də cəlb edirlər (mayalar, sianobakteriyalar).
Mikroorqanizmlər sürətlə çoxaldıqlarına və sadə quruluşlu olduqlarına görə
irsiyyət və dəyişkənliyin öyrənilməsində onlardan bir model kimi istifadə edilir.
Lakin qeyd etmək lazımdır ki, təbiətdə xeyirli mikroorqanizmlərlə bərabər, insan,
bitki və heyvanlarda xəstəlik törədən, qida məhsullarını xarab edənlərə də təsadüf
edilir. Bunlar patogen mikroorqanizmlər adlanırlar. Bunların bir qismi keçmişdə
insanların kütləvi qırılmasına – epidemiyalara (taun, vəba, çiçək, malyariya və s.)
səbəb olmuşdur.
Mikroorqanizmlərin xüsusiyyətlərini bilməklə məhsulların daşınması və
saxlanması zamanı onların inkişafının qarşısını almaq istiqamətində əvvəlcədən
müvafiq tədbirlər həyata keçirmək mümkündür. Beləliklə, mikrobiologiya ərzaq
məhsullarının əmtəəşünaslığı və qida məhsullarının istehsal texnologiyası ilə də sıx
surətdə əlaqədardır.
Müasir mikrobiologiyanın qarşısında duran vəzifələr o qədər müxtəlif və
spesifikdir ki, ondan xüsusi fənlər – tibbi, baytarlıq, texniki, geoloji, kosmik və s.
mikrobiologiya sahələri ayrılmışdır. Texniki mikrobiologiyanın əsas vəzifəsi
müxtəlif istehsalat proseslərində istifadə olunan faydalı mikroorqanizmlərin rolu və
əhəmiyyəti, eləcə də onların zərərli nümayəndələrinin inkişafına və həyat
fəaliyyətinə təsir yollarının öyrənməsindən ibarətdir.
Texniki mikrobiologiyanın əsas bölmələrindən biri qida mikrobiologiyasıdır ki,
biz bu barədə kitabın gələcək fəsillərində ətraflı məlumat verəcəyik. Müasir
3
mərhələdə mikrobiologiya elminin rolu daha da artır. Mikrobiologiyanı bilmədən ölkə
əhalisinin təmiz qida məhsulları ilə təmin edilməsini yaxşılaşdırmaq, onun keyfiyyətini
artırmaq məsələsini müvəffəqiyyətlə həll etmək mümkün deyildir.
Mikrobiologiyanın bir elm kimi formalaşması mikroskopun kəşfi ilə bağlıdır.
Mikroorqanizmlər barədə ilk düzgün məlumat verən, yəni onları kəşf edən,
hollandiyalı təbiətşünas Antoni Van Levenhuq (1632-1723) olmuşdur. O, 160-300
dəfəyə qədər böyütmə qabiliyyətinə malik linzalardan ibarət olan sadə mikroskoplar
hazırlamış və diş ərpini, ot həlimini tədqiq etdikdə xırda canlıların olduğunu birinci
olaraq göstərmişdir. 1695-ci ildə Antoni Van Levenhuk hazırladığı «Təbiətin sirləri»
adlı kitabında 3 mikrob formasının (dairəvi, çöpvari və vergülvari) təsvirini və onların
şəkillərini vermişdir.
Bu dövrdə müxtəlif ölkələrdə canlıların öyrənilməsi sahəsində tədqiqatlar
aparılırdı. İngilis fiziki Robert Huk (1635-1703) 1660-cı ildə okulyar və obyektivli
mikroskop düzəldərək bitkilərin hüceyrələrini, kök və s. hissələrini öyrənmişdir və
onların quruluşunu əks etdirən «Mikroqrafiya» adlı əsərini çap etmişdir. İlk dəfə
hüceyrə termini R.Huk tərəfindən elmə daxil olmuşdur. Mikrobiologiya elminin ilk
inkişaf dövrü morfoloji inkişaf dövrü olduğuna görə, bu sahədə çalışan alimlər
mikroorqanizmləri də sistemləşdirməyə təşəbbüs göstərmişlər. Hətta məşhur
təbiətşünas İsveç alimi K.Linney (1707-1778) mikroorqanizmləri «xaos»
adlandıraraq xüsusi bir qrupa ayırmışdır.
Bu dövrdə tədqiqatçılar, mikrobların təbiətdəki fəaliyyətini və törətdikləri
xəstəlikləri öyrənməzdən əvvəl, onların xarici görünüşü ilə məşğul olurdular.
Morfoloji dövr alimlərindən danimarkalı Otto Mülleri və Erenberqi göstərmək
olar. Müller öz kitabında mikrobların müxtəlif formalarını qeyd etmiş, hazırda
mikrobiologiyada təsadüf etdiyimiz bakteriya və spiril adları isə ilk dəfə Erenberq
tərəfindən işlədilmişdir.
Morfoloji dövrdə tapılan mikrobların görünüşü etibarilə müəyyən bir sistemə
salınması 1854-cü ildə Kon tərəfindən həll edilmişdir və həmin təsnifat hələ də
qüvvədədir. Kon mikrobları basil və spiril formalarına ayırmışdır.
4
Mikrobların tədqiqinin morfoloji dövrü əsrin 60-cı illərində fizioloji dövr ilə
əvəz olunmuşdur. Bu dövrdə mikrobiologiya sahəsində L.Paster, R.Kox, İ.Meçnikov,
L.Senkovski, D.İvanovski, S.Vinoqradski kimi dünya şöhrəti qazanmış simalar
meydana çıxır.
Fiziolojidövrün əsasınıqoyanfransızalimiLuiPaster (1822-1895) olmuşdur. O
ilk dəfə göstərmişdir ki, mikroblar nəinki xarici görünüşcə, hətta müxtəlif
xüsusiyyətləri və ayrı-ayrı proseslərdə iştirakı ilə də bir-birindən fərqlənirlər. Bu
sahədə öz tədqiqatlarını genişləndirən L.Paster 1857-ci ildən 1869-cu ilə qədər
qıcqırma, onu əmələ gətirən mikroblar, pivə və üzüm çaxırını xarab edən mikroblar,
ipək qurdunun xəstəliklərinin öyrənilməsi ilə məşğul olmuşdur. Nəticədə o,
qıcqırma proseslərinin biokimyəvi mahiyyətini açaraq, onların müxtəlif növ
mikroorqanizmlərin iştirakı ilə baş verdiyini göstərmişdir. L.Paster yağ turşusuna
qıcqırmanın biokimyəvi mahiyyətini öyrənərkən, anaerobiozu, yəni molekulyar
oksigensiz həyatı kəşf etmiş və göstərmişdir ki, qıcqırma həmin bakteriyalar üçün
enerji mənbəyidir. L.Pasterin bu kəşfləri ilə əlaqədar olaraq mikrobiologiyada yeni
sahə – texniki mikrobiologiya sahəsi meydana çıxmışdır. O, şərabçılıq, pivə
hazırlama və s. yeyinti sənaye sahələrinin elmi əsasını da vermişdir. L.Paster şərabı
xarab olmaqdan qorumaq üçün xüsusi bir üsul (pasterizasiya) təklif etmişdir ki, bu
da yeyinti məhsullarının konservləşdirilməsində geniş tətbiq olunur. Pasterin tibbi
mikrobiologiya sahəsində də olduqca böyük xidməti olmuşdur. O, ilk dəfə toyuq
vəbası mikroblarını kəşf etmiş, ipək qurdu xəstəliyini öyrənmiş, daha sonra isə insan
və heyvanların xəstələnməsinə səbəb olan mikroorqanizmlərlə məşğul olmuşdur.
L.Paster qarayara və toyuq vəbasına qarşı spesifik mübarizə üsullarını irəli sürmüş
və onların müsbət nəticə verdiyini isbat etmişdir.
L.Paster öz əməkdaşı E.Ru ilə birlikdə quduzluq xəstəliyini də tədqiq etmiş,
1885-ci ildə ona qarşı peyvənd kəşf etmişdir.
Pasterin fəaliyyətinin ən mühim mərhələləri vaxtı ilə onun laboratoriyasının
evin divarına vurulmuş xatirə lövhəsində qısa olaraq belə göstərilmişdir:
1857- qıcqırma
1860-öz-özünə törəmə
5
1865-şərab və pivə xəstəlikləri
1868-barama qurdlarının xəstəlikləri
1881-yoluxma və vaksina
1885-quduzluqdan qorunma
Mikrobiologiyanın inkişafında mühüm rol oynayanlardan biri də alman alimi
Robert Kox olmuşdur (1843-1910). O, insanlar arasında müxtəlif yoluxucu
xəstəliklərin bakteriyalar tərəfindən törədildiyini isbat etmiş və 1882-ci ildə vərəmin
törədicilərini tapmışdır. Vərəmi törədən bakteriyalar onun şərəfinə «Kox çöpləri»
adlandırılmışdır. Vərəmin öyrənilməsinə görə 1905-ci ildə R.Kox Nobel mükafatına
layiq görülmüşdür. O, bərk qidalı mühitdə mikrobların təmiz kulturasını almaq
üsulunu hazırlamışdır. R.Kox patogen mikroblarla mübarizə məqsədilə dezinfeksiya
üsulunu, anilin rəngləri ilə mikrobların boyanmasını, eləcə də mikrofotoqrafiyanı kəşf
etməklə mikrobiologiya texnikasının əsasını qoyan tədqiqatçı alim kimi tarixə daxil
olmuşdur. R. Kox ilk dəfə eksperimentlə F.Henli tərəfindən yoluxucu xəstəliyin
spesifikliyinə dair irəli sürülən fikri əsaslandırmış və infeksiyanın spesifiklik
qanununu kəşf etmişdir. Bunun üçün 3 şərt irəli sürmüşdür.
1. Yoluxucu xəstəlik zamanı xəstə orqanizmdə mütləq bu amil tapılmalı və o
amil sağlam adamlarda və başqa xəstəliklərdə olmamalıdır.
2. Həmin amilin təmiz kulturası alınmalıdır.
3. Təmiz kulturanı sağlam heyvana vurduqda o, həmin xəstəliyə
yoluxmalıdır.Ona görə də bu hazırda Henli-Kox triadası adlanır.
Qarayaranın etimologiyasının Kox tərəfindən öyrənilməsi (1876) tibbi
mikrobiologiyanın başlanğıcının parlaq dövrü olmuşdur.
Mikrobiologiyanın -inkişafında dünya şöhrəti qazanan alimlərdən biri də İ.İ.
Meçnikov (1845-1916) olmuşdur. Onu haqlı olaraq tibbi mikrobiologiyanın və
immunologiyanın banilərindən hesab edirlər. O, ilk dəfə 1883-cü ildə immunitetin
foqositar nəzəriyyəsini irəli sürüb əsaslandırmışdır. İnsanın keçirdiyi bəzi
xəstəliklərdən sonra həmin xəstəliyə yoluxmaması çoxdan məlum idi. Lakin
qazanılmış aktiv immunitetin mahiyyəti məlum deyildi. Meçnikov bu prosesin
təbiətinin öyrənərək göstərdi ki, orqanizmin xəstəlikdən qorunması mürəkkəb bioloji
6
bir reaksiyadan asılıdır ki, bunun da əsasını foqositlər təşkil edir. Bu nəzəriyyəyə görə
orqanizmə daxil olan yad cisimlər orqanizmdə olan xüsusi hüceyrələr-foqositlər
tərəfindən udularaq məhv edilir və ona görə də orqanizm yoluxduqda belə
xəstələnmir. Meçnikov immunitetdə foqositozun rolunu aydınlaşdırmışdır. 1909-cu
ildə bu nəzəriyyəyə görə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin o, ilk dəfə
dizenteriya
mikrobunu
görmüş
və
insanın
tez
qocalması
səbəblərini
aydınlaşdırmışdır.
Bakteriyaların düzgün təsnifatı F.Kon (1828-1898) tərəfindən verilmişdir. O
bakteriyaları bitkilər aləminə aid edərək onları yosunlarla eyni qrupda cəmləşdirir və
bakteriyaları morfologiyasına görə kokklar, çöplər və spirillər kimi 3 qrupa ayırır.
F.Kon bakteriyaların sabitliyini müdafiə etməklə monomorfizm cərəyanına çaşçılıq
edirdi.
Bunun əksinə olaraq K. Hegel (1817-1891) bakteriya növlərinin sabit
olmadığını, xarici mühit amilləri təsiri altında özlərinin morfoloji və fizioloji
xüsusiyyətlərini dəyişərək bir bir növün digər növə keçə biləcəyini iddia edərək ikinci
bir cərəyanın-polimorfizmə tərəfdar çıxır. Elmin sonrakı nailiyyətləri göstərdi ki ,
həqiqətən bakteriyaların da özünə məxsus növləri var. Lakin bu növlərdə müəyyən
inkişaf mərhələsi və uyğunlaşma nəzərə çarpır.
Mikrobiologiyanın inkişafında N.F.Qamaleyanın da (1859-1949) rolu böyük
olmuşdur. O, ilk dəfə bakteriofaqların və taun çöplərinin mikroblardan kiçik canlı
olmasını müəyyən etmişdir.
Mikrobiologiyanın inkişafında S.N.Vinoqradskinin və digər rus alimlərinin də
böyük rolu olmuşdur. S.N.Vinoqradski nitrifikasiya prosesini, anaerob bakteriyalar
tərəfindən atmosfer azotunun fiksə olunma hadisəsini kəşf etmişdir. O, həmçinin
kükürd, dəmir mənimsəyən bakteriyalarda xemosintez (enerjinin hidrogen sulfid,
ammonyak əmələ gəlməsi və s. oksidləşmə proseslərindən alınması) qabiliyyətini
aşkar etmişdir. Bütün bu tədqiqatlarla S.N.Vinoqradski mikrooekoloji prinsipin
əsasını qoymuşdur.
M.Beyerinq (1851-1931) S.N. Vinoqradskinin mikrooekoloji prinsipini
müdafiəedən alimlərdən biri olmuşdur. O, mikroorqanizmlərin təbiətdə və azot
7
dövranında rolunu öyrənmiş və azot toplayan – atmosfer azotunu feksəedən aerob
Dostları ilə paylaş: |