17
orqanizmdə kifayət qədər qidalanma olmadıqda, baş verən patoloji prosesləri
öyrənmişdir.
Qida qiqiyenası və fiziologiyası və həmçinin sanitariya üzrə elmlərin
inkişafında görkəmli fizioloq akademik İ.P.Pavlovun (1849-1936) işlərinin də
böyük rolu olmuşdur. İ.P.Pavlov tərəifndən hazırlanmış yeni tədqiqat üsulları və
onların
fiziologiyanın
inkişafında
istifadəsi,
insan orqanizmində
həzm
proseslərinin gedişinin qanunauyğunluqlarını aşkar etməyə imkan vermişdir. Bu
tədqiqatlar, həmçinin ali sinir sisteminin tədqiqi və onun tərəfindən orqanizm ilə
xarici mühitin vahidliyi haqqında təlimin yaradılması, insanın səmərəli
qidalanmasının müasir nəzəriyyəsini yaratmağa əsas vermişdir.
Tibbi sanitar-profilaktikanın inkişafında Q.V.Xlopinin (1863-1929) də
işlərinin böyük əhəmiyyəti olmuşdur. Onun çoxsahəli elmi fəaliyyəti gigiyenanın
bir çox məsələlərinin, o cümlədən qida gigiyenası sahəsinin praktiki həllinə
yönəldilmişdir. Q.V.Xlopin iki böyük işin – «Qida məhsulları və içkilərin tədqiqi
üsulları» və «Gigiyenanın əsasları» dərsliklərinin müəllifi olmuşdur. O, həmçinin
sanitariya və gigiyena sahəsində qanunçuluğun yaradılmasında və ictimai iaşənin
gigiyenası məsələlərinin hazırlanmasında iştirak etmişdir.
Qida gigiyenasının inkişafında həmçinin M.N.Şaternikov, İ.İ.Molçanova,
N.P.Diatroptova, A.A.Pokrovski kimi alimlərin də böyük rolu olmuşdur. Onlar
mühüm tədqiqatlar aparmış və müxtəlif qrup əhali üçün fizioloji cəhətdən
əsaslandırılmış qida normaları hazırlamışlar. Qida normalarının fizioloji cəhətdən
əsaslandırılması üzrə tədqiqatlar keçmiş SSRİ TEA Qida İnstitutunda davam
etdirilmişdir. Bu institut 1930-ci ildə RSFR-in mərkəzi Dövlət İctimai İaşə
İnstitutunun bazasında yaradılmışdır və hal-hazırda Rusiya Tibb Elmləri
Akademiyasının Qida İnstitutu kimi digər institutlarla birlikdə qida gigiyenası üzrə
bütün işlərə rəhbərlik edir.
Dostları ilə paylaş: