Mühazirə Morfoloji əlamətlərin təsnifatı: Boy və çəki- 2 saat


Əlamətlərin qalan hissəsi konsistitional qanunauyqunluqların təhlili ilə öyrənilir



Yüklə 18,86 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü18,86 Kb.
#46504
növüMühazirə
1   2   3   4
anto 3

Əlamətlərin qalan hissəsi konsistitional qanunauyqunluqların təhlili ilə öyrənilir.

Boy və yа bədənin uzunluğu mühüm morfoloji əlamətlərdən biridir. Mühüm fərdi dəyişkənliyə malik olan bu əlamət yaşa, cinsə və coğrafi areallara görə fərqlənir. Qeyd edək ki, bu əlamətin yer üzərində coğrafi dəyişkənliyi olduqca yüksəkdir- kişilər üçün 40 sm, qadınlar üçün isə 25 sm. Ola bilər. Antropoloqlar tərəfindən orta göstərici kişilər üçün 165 sаntimеtr, qadınlar üçün 154 sаntimеtr müəyyənləşdirilmişdir.

Yenicə doğulmuş oğlan uşağının boyu 51 sаntimеtr, qız uşağının boyu isə 50 sаntimеtr olur. 7 – 8 yaşa qədər oğlanlarla qızlar arasında boyun uzanması arasında fərq müşahidə olunmur. 7 yaşdan 10 yaşa qədər daha sürətlə boy atan qızlar 10 - 11 yaşlarında oğlanları ötüb keçirlər. 15 yaşdan sonra oğlanlar boy artımına görə qızlara nisbətən daha sürətlə inkişaf etməyə başlayırlar. Cinsi yetişkənlik dövründə həm oğlanlarda, həm də qızlarda boy artımı 5 - 6 sаntimеtr olur. 19 yaşdan sonra qızlarda boy artımı 0,5 sаntimеtrə qədər azalır. Qadınlarda boy artımının zirvə nöqtəsi 18 - 19, kişilərdə isə 25 - 26 yaş hesab olunur. Boyun sabit artımı 45 - 50 yaşlarında dayanır və 55 yaşa qədər 0,5 sаntimеtr, daha sonrakı hər beşilliklər ərzində isə 0,7 sаntimеtr azalmağa başlayır. Boyun belə kiçilməsinin əsas səbəbi fəqərə qığırdaqlarının öz elastikliyini itirməsi ilə bağlıdır.

Yer kürəsi üzrə boyun uzunluğu arasındakı orta riyazi fərq 182 sаntimеtrdən 141 sаntimеtrə qədər dəyişərək 40 - 41 sаntimеtrə çatır.

Ən qısaboylu əhali “dirsəkboylu” mənasını verən Afrika piqmeyləridir. Onlar Konqo çayı hövzəsində yaşayırlar. Ən ucaboylu əhali də Afrikada yaşayır. Boyları 182 sm-dir, yaşadıqları bölgə isə Çad gölü ətrafıdır. Ən qısa boylu əhali Mərkəzi və Cənubi Afrikada (buşmenlər), Amerikanın, Avropanın, Asiyanın şimal ucqarlarında , Şərqi və Cənub - Şərqi Asiyada, Mərkəzi və cənubi Amerikada yaşayır. Çad gölündən cənub - şərqdə və tropik meşələrdən şimalda yaşayan zəncilər, Markiz adası sakinləri, norveçlilər və isveçlilər, Balkan yarımadası, Qafqaz sakinləri, pакistаnlılаr, Şimali Amerika hinduları öz ucaboyluluqları ilə seçilirlər. R. Martin boy uzunluğu ilə bağlı aşağıdakı şərti ölçüləri müəyyənləşdirmişdir

Beləki Martinə görə insan boy uzunluğu 3 qrupa bölünür:


  • Qısa (129-159,9 sm)

  • Orta (160-169,9 sm)

  • Hündür (170-200 sm)

Bunların hər biri alt qruplara ayrılır.

  • Cırtdan 129 sm-dək

  • Çox qısa 130 sm-dən 149,9 sm-dək

  • Qısa 150 -159 sm

  • Ortadan aşağı 160 –dan 163,3 sm-dək

  • Orta 164 -166,9 sm

  • Ortadan yuxarı 167-169,9 sm

  • Hündür 170-179,9 sm

  • Uca 180-199,9 sm

  • Azman 200 sm-dən yuxarı

(Kateqoriyalara uyğun cədvəl üzrə yerləşdirilməsi)


Yüklə 18,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin