Boy kateqoriyası
|
Kişilər üçün
(sаntimеtrlə)
|
Qadınlar üçün
(sаntimеtrlə)
|
CIRTDАN
|
129 sm-ə qədər
|
120,9 sm-ə qədər
|
ÇОХ QISА
|
130 – 149,9
|
121 – 139,9
|
QISА
|
150 – 159,9
|
140 – 148,9 sm
|
ОRTАDАN АŞАĞI
|
160 – 163,9
|
149 – 152,9
|
ОRTА
|
164 – 166,9
|
153 – 155,9
|
ОRTАDАN YUХАRI
|
167 – 169,9
|
156 – 158,9
|
HÜNDÜR
|
170 - 179,9
|
159 – 167,9
|
UCА
|
180 – 199,9
|
168 – 186,9
|
АZMАN
|
200 sm-dən yuхаrı
|
187 sm-dən yuхаrı
|
ÇƏKI
Yer kürəsində kişilər üçün orta çəki 64 kilоqrаm, qadınlar üçün 56 kilоqrаm müəyyənləşdirilmişdir. Yeni doğulmuş oğlan uşaqlarının orta çəkisi 3,4 kq, qızlar onlardan 100-200 qr az olur. İllik mütləq artım yaşama bölgələrindən asılı olmayaraq bütün ərazi qruplarında eynidir. Belə ki, 4 yaşlı oğlan uşaqları maksimum çəkinin 20 %-nə , 11 yaşda 50 % -nə , 15 yaşda 75 % -nə , 25-40 yaşda isə tam həddə çatırlar.
Çəkinin kişilər və qadınlar arasında orta riyazi dəyişkənliyi 6 kilоqrаmdır. Çəkinin sabitləşməsi 25 – 40 yaşlar arasında baş verir. 40 yaşdan 55 yaşa qədər hər beş il ərzində çəki orta hesabla 0,5 – 1 kilоqrаm artır. 60 yaşdan sonra toxumalarda baş verən atrofik dəyişikliklər çəkinin azalmasına səbəb olur.
Fiziki inkişaf barəsində təlim antropologiyanın nisbətən erkən formalaşmış istiqamətlərindən biridir. Fiziki inkişafın səciyyəsi üçün adətən orqanizmin struktur-mexanik xüsusiyyətlərini ifadə edən göstəricilərdən – boyun uzunluğundan, bədən çəkisindən, döş qəfəsinin dairəsindən istifadə olunur. Onların qiymətləndirilməsi üçün indekslər metodu tətbiq edilir. İndekslər metodu öncədən məlum olan riyazi düsturlar əsasında ayrı-ayrı antropometrik əlamətlərin nisbəti ilə ifadə olunur. Bu fiziki inkişafın ən qədim və ənənəvi üsuludur. Müxtəlif indekslərdə müxtəlif sayda əlamətlərdən istifadə edilir. Ən sadələri iki əlamətdən ibarətdir. Bunlara çəki-boy və döş qəfəsi-boy indeksləri aiddir. Üç və daha çox əlamətin tətbiqi ilə hesablanan indekslər mürəkkəb indekslərdir. Hesablanmasında toplama və çıxma əməllərindən istifadə olunan indekslər riyazi, vurma və bölmə əməllərindən istifadə olunan indekslər isə həndəsi indekslər adlanır.
Qeyd edək ki, boyla çəki arasındakı müəyyən mütənasibliyi nəzərə alan müxtəlif düsturlar, yəni indekslər mövcuddur. Ən sadəsi Pol Brok indeksidir. Bu indeksə görə çəki ilə boy arasında 100 vahid fərqin olması normal sayılır. XIX əsrdə ən geniş yayılmış Brok indeksinə görə :
I = L - 100
I - optimal çəki
L – bədənin uzunluğu
Lakin nəzərə almaq lazımdır ki, müqayisə olunanlardan biri kütlə, digəri isə xətt ölçüsüdür və bu göstəricilərin düz mütənasib olması mümkün deyil. Bu yanlışlığı aradan qaldırmaq məqsədilə daha bir neçə düstur təklif olunmuşdur.
Dostları ilə paylaş: |