M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 23
Bundan başqa dəmiryol, su nəqliyyatı vasitələrindən də istifadə olunur. Su nəqliyyat vasitələrindən
istifadə zamanı kayutların arasındakı arakəsmələr yaralıların xərəklərlə daşınmasına mane olmaması
üçün sökülür. İlk növbədə xərəkdə olan xəstələr, sonra gəzə bilən xəstələr mindirilir. Hava nəqliyyat
vasitələrindən istifadə edərkən onların tibbi avadanlıqlarla təmin olunması vacibdir. Bu məqsədlə
təyyarələrin salonlarında xərəklər, sanitar təsərrüfat avadanlıqları, tibbi təchizat üçün yerlər təşkil
olunur. Ən rahat içərisində reanimasiya – cərrahiyə otağı olan AH-26 M ―xilasedici‖ təyyarədir.
Fəlakət zonalarında uzun illər çalışan mütəxəssislərin rəyinə görə yaralıların yanğın və dağıntılar
altından çıxarılması həm texniki, həm də təşkilatı baxımdan çətinlik törədir. Bu halda nəqliyyat
vasitələri yaralının yerləşdiyi əraziyə daxil ola bilmir və onlar yalnız xilasedicilər tərəfindən xərəklərlə
daşınırlar. Yaralıların daşındığı yer nəqliyyat vasitələrinin gələ bilməsi üçün rahat olmalı, dağıntı,
yanğın zonasından bir qədər aralıda olmalıdır. Yaralılara xidmət göstərmək üçün sanitar dəstələrdən
yaxud təcili tibbi yardımdan, feldşerlərdən ibarət tibbi personal ayrılır. Həmin yerdə təxirəsalınmaz
yardım göstərilir. Təxliyyə nəqliyyat çeşidlənməsi aparılır. Daşınma meydançası təşkil olunur.
Dəmiryol vasitəsilə daşınma zamanı yaralıların qatarlara minə bilməsi üçün sadə qurğulardan-
girəcəklərdən, kiçik körpülərdən istifadə olunur. Hava şəraiti pis olduqda yaralıların qardan, yağışdanŞ
soyuqdan qorunma tədbirləri görülür. İmkan dairəsində yaralıların soyad siyahısı tutlur, altından
nəqliyyatın növü, nömrəsi yazılır. Xəstələrin psixi oyanma vəziyyətindən asılı olaraq onların
nəqliyyatdan yıxılma təhlükəsinin qarşısını almaq üçün onlar fiksasiya olunmalı və bəzən də sedativ
dərmanlardan istifadə etməklə yatızdırılmalıdırlar. Evakuasiya ―özünə‖ və ―özündən‖ prinsipi üzrə
həyata keçirilir. İmkan daxilində yaxşı olar ki, nəqliyyatın yüklənməsi bir profilli olsun. Evakuasiyanı
nəinki istiqamətə, həmçinin təyinata görə asanlaşdırmaq lazımdır.
Bu məqsədlə yarımstansiyaların dispetçeri ilə əlaqə saxlamaq üçün təcili tibbi yardım
maşınlarında kiçik radiosatnsiyalar quraşdırılır. Bu da digər maşınlara müalicə müəssisələrinin
zədələnmə ocağına yaxın olması haqda məlumat vermək üçün vacibdir.
Beləliklə, fövqəladə hallar zamanı tibbi təxliyyə təminatı tibbi vasitələrin əsas xidməti
vəzifələrin düzgün və vaxtında yerinə yeritilməsidir. Bunun yolu mütəxəssislərin, tibb işçilərinin öz
hərəkətinə, biliklərinə inamı, əhalinin fövqəladə hallar zamanı özünə və qarşılıqlı yardıma hazır
olmasındadır.