İstismar zamanı komplektin mexaniki zədələnməsinin qarşısını almaq üçün aşağıdakıları nəzərdə tutmaq lazımdır: 1. Komplekti təkanlardan, zərbələrdən qorumaq, onu yerə salmamaq, apararkən cihazları
futlyarında yerləşdirmək.
2. Nəqliyyatda apararkən komplekti mümkün qədər kuzovun ön hissəsində yerləşdirmək.
3. İş vaxtı komplekti çirklənmədən və iqlimin zərərli təsirindən (qar, yağış, bilavasitə günəş şüaları)
qorumaq.
İş qurtarandan sonra komplektə texiniki xidmət etmək lazımdır. Dozimetri iş vəziyyətinə
gətirmək üçün onu doldurmaq lazımdır.
Kimyəvi kəşfiyyat cihazları. Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki
ZM-i adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları
kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri
hiss orqanları vasitəsilə (orqanolektik üsulla) aşkar etmək heç də həmişə mümkün deyil. Əvvəla
onların bir çoxunun iyi, rəngi, qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə
nəticələnə bilər. Müşahidə yolu ilə yəni, əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in
yaratdığı buludun və zəhərlənmiş bitki yarpaqlarının rəniginin dəyişməsinə görə bəzi zəhərləyici
maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək (indikasiya etmək) üçün ən çox
kimyəvi metoddan istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi
maddə ilə (reaktiv) qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə
əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-ın olduğuna dəlalət edir. Bu rəngin
çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın
zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümükündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli
maddəyə (süzgəc kağızına, selikakel maddəsinə) yaxır, yaxud şüşə ampulaya yığırlar. Reaktiv yaxılmış
məsaməli maddəni (buna doldurucu maddə deyilir) və müvafiq miqdarda ampulaları şüşə borucuğa
yerləşdirirlər. Ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə
borucuqlar indikator borucuğu adlanır. İndikator borucuğu işlədərkən onun uclarını kəsir, daxilindəki
ampulanı qırır və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirir. Bu zaman havanın