Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
37
11 bal gücündə zəlzələ 1139-du il 30 sentyabrda Gəncədə baş vermişdir. 230 min insan tələf
olmuşdur, Kəğəz dağı uçmuş və Ağsu çayının yolunu tutmuşdur. Bunun nəticəsində Göygöl və daha
yeddi göl əmələ gəlmişdir. Gəncə zəlzələsi insan ölmünün sayına görə beş ən dəhşətli zəlzələlər
siyahısına daxildir.
Qasırğa
- Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası
güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərtli
olaraq 12 ballıq şkala ilə ölçülür. 12ball,35 km/san – artıq qasırğadır, onun dağıdıcı gücü həm küləyin
sürətindən, həm də yağıntının şiddətindən, həm də ərazinin xüsusiyyətlərindən asılıdır.
Məsələn, qasırğa düzənliklər üzərində yaranır. Birdən birə şiddətlənən qasırğa
nəticəsində on
minlərlə hektar sahələrdə əkinlər məhv olur, ov və təsərrüfat tikililəri dağılır, nəqliyyatın işi pozulur,
elektrik xətləri zədələnir. İnsan həyatı üçün ciddi təhlükə yaranır.
Sel
– davamlı leysan yağışları, yaxud qarın sürətlə əriməsi nəticəsində çaylarda yaranan güclü
palçıq-çınqıl axınlarından ibarətdir. Sel axını yolu üstündəki hər şeyi dağıdır, torpaqları yararsız hala
salır, xalq təsərrüfatlarına ziyan vurur, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri,
rabitə və
elektrik xətlərini dağıdır. Qurbanlarının sayı yüzlərlə hesablanır. Respublikamızın ərazisini aşağıdakı
sel təhlükəli rayonlara ayırmaq mümkündür:
1. Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
2. Kiçik Qafqaz dağlarının şimal – şərq yamacları;
3. Naxçıvan Muxtar Respublikası;
4. Talış dağları.
Daşqın
-çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti olaraq su altında
qalmasına deyilir. Bundan başqa, fəlakət nəticəsində (diversiya, zəlzələ) torpaq bəndləri yarılarsa,
geniş sahələrdə fəlakətli daşqın və ya subasma zonaları yarana bilər. Azərbaycan ərazisində fəaliyyətdə
olan əsas 4 su qovşağı (Mingəçevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsi (Arpaçay, Ağstafaçay,
Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) strateji obyekt sayılır. Qeyd olunan su qovşağı və
su hövzələrinin törədə biləcəyi fəlakətli subasma zonalarının ümumi sahəsi 20 km
2
-dir
və nəticə
etibarilə orada 1125 min əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatlarına isə küllü miqdarda ziyan dəyər.
Bundan əlavə, nəzərə alsaq ki, Respublika ərazisinin böyük bir hissəsi, Bakı və Sumqayıt kimi iri
şəhərlər də daxil olmaqla, Xəzər dənizi sahilində yerləşir, onun suyunun səviyyəsinin 1,5 m-dən çox
qalxması, Xəzər ətrafı zonalarda böyük problemlər yarada bilər. Bakı və Sumqayıtda bir çox
müəssisələrin , yaşayış məntəqələrinin su altında qalması adamların həyatı üçün təhlükə yaradır.