Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 34
MÖVZU 15 Adi qırğın silahları və onların qısa xarakteristikası Müasir qırğın silahları kütləvi qırğın silahlarından və adi qırğın vasitələrindən ibarətdir.
Adi qırğın vasitələrinin isə aşağıdakı növləri vardır:
Təyyarədən tətbiq edilən döyüş sursatları: 1. Təyyarədən atılan ―Hava‖ – ―Yer‖ raketləri
2. Təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan,
həcmli partlayış və kassetli bombalar).
Top – raket sistemləri
1.Toplar 122, 130, 152 mm; mina atanlar isə 82, 160, 240 mm kalibrli olurlar. Onların təsir dairəsi 10-
30 km olur.
Yeni reaktiv-raket sistemləri 2 növdə olur: 1. ―Qrad‖ qurğuları – 40 lüləli;
2. ―Uraqan‖ – 16 lüləli.
―Qrad‖ qurğuları raketlərinin başlıqları fuqas – qəlpəli, ―Uraqan‖ qurğularının başlıqları isə həm
fuqas-qəlpəli və həm də kasset tipli olurlar.
Top və raketlərin mərmiləri partladıqda insanları həm zərbə dalğası, həm də qəlpələri ilə
zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq:
Fuqas döyüş sursatlarından – hərbi və mülki obyektləri, insanları zərbə dalğası və qəlpələrlə
zədələmək üçün istifadə olunur.
Partlayıcı maddənin (trotil, heksogen və onların qarışığı) ağırlığı 50-200 kq qədər olur.
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli
çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin
mühitdə zərbə dalğasının yaranması müşahidə olunur.
Kassetli döyüş sursatları - Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli
bombacıqlardan ibarətdir. Konteynerin içəriində yüz, min ədəd kiçik həcmli bombacıqlar olur.
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar
böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə o ərazidə əhalini məhv edirlər (zədələyirlər).
Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar.