aşağıdakı tələblər qoyulur: 1. orada yerləşən insanları zədələyici amillərdən və onların nəticələrindən qorumaq;
2. 1kq/sm
2
az olmayan artıq təzyiqli zərbə dalğasına davam gətirmək;
3. sığınacağın radiusu 400-500m-dən çox olmalıdır. Elə ərazidə tikilməlidir ki, oranı su basa
bilməsin, neft məhsulları olan ərazidən aralı olsun;
4. adamlar ən çox olan yerlərdə yerləşməli, ayrı-ayrı sığınacaqlar isə binaların hündürlüyü qədər
aralıda tikilməlidir;
5. karbohidrogenli qazlar (metan, propan, butan, etilen və s.) saxlanılan çənlərdən aralı olmalıdır;
6. sığınacaqdaxili kommunikasiya xətləri yanmayan və tüstülənməyən materialdan hazırlanmalı;
7. sülh və müharibə dövrü üçün istifadəyə yararlı olmalı;
8. gizlənənlərin yerləşdirilməsi, uzun müddət qalması və dağıdıcı amillərin təsirindən sonra
sığınacağı müstəqil tərk etməsi üçün şərait olmalı.
Hər sığınacağın sənədləri olmalıdır: 1. sığınacağın tikildiyi vaxt;
2. oradakı adamların qeydiyyat jurnalı;
3. sığınacağın N-si;
4. sığınacaqdakı avadanlıqların istismara yararlılığı haqqında arayış.
Sığınacaqlar əsas və köməkçi otaqlara bölünür. Əsas hissədə mühafizə üçün nəzərdə tutulmuş
otaqlar, idarəetmə məntəqəsi yerləşir. İri sığınacaqlarda tibb otağı da olur. Köməkçi (yardımçı) hissədə
süzücü ventilyasiya sistemi, ehtiyat elektrik sistemi, ərzaq ehtiyatı üçün otaq, su ehtiyatı saxlamaq
üçün yer, sanitar qovşağı, giriş dəhlizləri və s. olur. Giriş yollarının sayı sığınacağın tutumundan və bir
giriş yoluna düşən adamların sayından asılıdır. Hər bir sığınacağın 2 giriş yolu var (kiçik
sığınacaqlarda bir giriş də ola bilər, belə hallarda mütləq ehtiyyat çıxış yolu qoyulmalıdır, buna qəza
çıxış yolu da deyilir). Bina ilə birgə tikilən sığınacaqlarda isə bunlardan əlavə yeraltı lağımla qəza çıxış
yolu da düzəldilir. Süzücü ventilyasiya kamerasında süzücü ventilyasiya aqreqatı yerləşdirilir. Bu