Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
32
MÖVZU 14
Əhalinin kütləvi qırğın silahlarından mühafizə üsulları
Müasir dövrdə əhalinin kütləvi qırğın silahlarından mühafizəsi dövlətimizin əsas vəzifələrindən
biridir. Bu vəzifəni yerinə yetirmək üçün 3 mühafizə üsulu nəzərdə tutulmuşdur:
1. Əhalini mühafizə qurğularında yerləşdirmək;
2. Fərdi mühafizə vasitələrindən istifadə etmək;
3. Əhalinin seyrəldilməsi və şəhərkənarı əraziyə təxliyyəsi.
Sığınacaqlar - Əhalinin kollektiv mühafizəsi üçün əvvəlcədən tikilmiş sığınacaq, binaların zirzəmiləri,
metro, yeraltı keçidlər və tunellərdən istifadə olunmalıdır. Bəzən təcili hallarda qazmalar şəklində və
üzəri torpaqla örtülmüş sığınacaqlar da təşkil oluna bilər.
İnsanları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici
amillərinin təsirindən
mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna sığınacaq deyilir. İri şəhərlərdə və vacib
təsərrüfat obyektlərində sığınacaqlar hələ sülh dövründə təsərrüfat planlarına müvafiq şəkildə tikilir.
Sülh dövrünün sığınacaqları aşağıdakı tələblərə cavab verməlidir:
1. adamları qəbul etməyə və gizlətməyə hazır olmalı;
2. lazımi sanitar vəziyyət (təmizlik, temperatur, rütubət) ;
3. avadanlıqlar və konstruksiyalar tam işlək vəziyyətdə olmalı;
4. su qabları dolu olmalı (hər insan üçün sutkada 3 litr, xəstə üçün 20 litr və xidmətçilər üçün 1 litr
nəzərdə tutulmalı).
Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə adətən istehsalat binaların,
yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi
də tikmək mümkündür. Belə sğınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların
üstü və
yanları torpaqla örtülür.
Fövqəladə vəziyyətlər zamanı işlənməsi nəzərdə tutulan sığınacaqlar üçün
Dostları ilə paylaş: