Rentgenometrlər –rentgen şüalarının və ya γ şüalanma dozalarının gücünü ölçmək üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/s)
qədərdir. Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qaz boşalma sayğacları tətbiq edilir.
Rentgenmetrlər DP-3, Dp-3B, DP-5A, V, B, İMD-21, İMD-1 və s. belə cihazlardır.
Radiometrlər – müxtəlif səthlərin, avadanlığın texnikasının, paltarların, havanın əsasən α və
β hissəciklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək
üçündür. Radiometr vasitəsilə az səviyyəli γ şüalanmanı da ölçmək mümkündür. Radiometrlərdə verici
olaraq qazboşalma və ventillyasiya sayğacları işlədilir. Bu cihazlar daha çox yayılmış və geniş tətbiq
olunurlar. Universal bazalı QBR-3 cihazı, SRP-68-01, ―Luç –A‖, betta- qamma radiometri, ―Tiss‖
radiometri, DP-100M, DP-100 ADM radiometrik qurğuları və s. belə cihazlardır.
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin
aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin etmək mümkündür. Fərdi
dozimetrlər kiçikölçülü ionlaşma kamerasından və plyonkalı fotokassetdən ibarətdir. Kameralar
komplektindən (dəstindən) və doldurma – ölçmə tərtibatından ibarət cihaz dəstinə fərdi dozimetrik
nəzarət komplekti deyilir. DK- 02, DP- 22V, İD-1, İP-11 və s. cihazlar fərdi dozimetrlər
komplektləridir.
Vericilərin tipinə görə cihazlar: ionlaşma kameraları, silindr formalı və kəllə qazboşalma
sayğacları, ssintillyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihazlar növünə
ayırmaq olar. Ölçülən şüalanmanın növünə görə cihazları – γ şüalanma ölçən, β və α hissəcikləri ölçən
cihazlara ayırmaq mümkündür. Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik
qurğular 2 qrupa ayrıla bilər.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya
fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına (impulslara) çevrilir. Bu qrup cihazların
eletrik sxemi çevrici və impuls gücləndiricisi rolunu oynayır.