Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 30
İkinci qrupa aid dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları
fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndiricisi və çevrici rolunu
oynayır.
Müasir dozimetrik cihazların demek olar ki, hamısı ionlaşma üsulu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir: 1. Vericilərin əsas tərkib hissəsi olmaqla, detektorları, yəni ionlaşma kameraları, qazboşalma
sayğacları və ya ssintillyatorlar.
2. İmpulsların çevrici elektrik sxemi.
3. Ölçmə və ya qeydetmə cihazları 1 cihazın ölçəcəyi fiziki kəmiyyət vahidlərinə bilavasitə
dərəcələndirilmiş şkalalar.
İD-1 dozaölçən cihaz komplekti fərdi dozimetrlər komplekti udulan qamma-neytron şüalanma
dozalarını ölçmək üçündür. Cihaz -50
0
C və +50
0
C temperatur hədlərində, habelə havanın nisbi
rütubəti 98%-dək dəyişərkən işləyə bilər.
Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Ölçülən dozaları dozimetrin
içərisində yerləşən və radlarla dərəcələndirlmiş şkalada hesablanır. Dozimetrlərin göstəricisinin
sabitliyi altı ay ərzində istismar zamanı ölçmələrin əsas ölçmə xətaları hədlərində aparılmasını təmin
edir. İstifadə etmək rahat olsun deyə, dozimetr quruluşca avtomat qələm formasında hazırlanmışdır. O,
mikroskopdan, gövdədən və kontaktlar qrupundan ibarətdir. Dozimetrin iş prinsipi belədir:
doldurulmuş dozimetrə ionlaşdırıcı şüalanmalar təsir göstərərkən ionlaşma kamerasının həcmində
ionlaşma cərəyanı yaranır ki, bu da kondensatorun və ionlaşma kamerasının potensiallarını azaldır.
Potensial şüalanma dozasına proporsional surətdə azalır. Potensialın nə qədər dəyişdiyini ölçməklə,
alınan doza barədə fikir yürütmək mümkündür. Potensial ionlaşma kamerasının içərisindəki kiçik
ölçülü elektroskop vasitəsilə ölçülür.