M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 36
MÖVZU 16 Təbii fəlakət, iri qəza, bədbəxt hadisələrin qısa xarakteristikası Respublikamızın ərazisində mənşəyinə görə həm kortəbii TH-cürbəcür təbii fəlakətər; həm
texnogen mənşəli TH-müxtəlif istehsalat və nəqliyyat qəzaları, həm də ekoloji TH- dəniz suyu
səviyyəsinin yüksəlməsi və yaxud enməsi, ərazilərdə torpaqların aşınması və s. mümkündür.
Azərbaycan Respublikasının ərazisi üçün ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, sel, sürüşmə
və uçqunlar, çöl-meşə yanğınları və bir sıra dağlıq rayonlarda marxallar (qar uçqunları) sayılır.
Zəlzələ yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə dalğası və qüvvətli
təkanlar - ―seysmik dalğa‖ şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələlər
tektonik (yer qabığında əmələ gələn dəyişikliklərin sahəsində) və vulkanik (vulkan püskürmələri
nəticəsində) olur.
Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa
yayılır. Zəlzələ ocağının yerin altındakı mərkəzi hipomərkəz, onun yerin səthindəki proyeksiyası
epimərkəz adlanır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər – zəlzələnin
maqnitudası, yerin səthində zəlzələ enerjisinin intensivliyi və zəlzələ ocağının dərinliyidir.
Maqnituda– zəlzələnin törətdiyi elastik (seysmik) dalğaların enerjisini xarakterizə edir.
Seysmoqraf cihazı ilə ölçülür, Rixter cədvəli ilə qiymətləndirilir. Şərti vahidlə 1-dən 9,5 bala qədərdir.
Zəlzələ baş verən zaman bu cədvəldən istifadə edirlər. ―Zəlzələnin maqnitudası 5‖ yaxud ―Zəlzələnin
gücü Rixter cədvəli üzrə 5 ballıdır‖ ifadələri istifadə olunur. Lakin hər ölkənin öz ölçü standartları və
şkalaları var: Yaponiya meteorologiyası agentliyinin şkalası, Kanamori şkalası və s.
Zəlzələdən bir müddət sonra, onun fəsadları haqqında məlumat aldıqdan sonra, yerin səthində
zəlzələ enerjisinin intensivliyi ölçülür. Bunun üçün 12 ballıq seysmik şkaladan istifadə olunur.