Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
29
MÖVZU 13 
 
Dozimetrik və kimyəvi nəzarət. MM-də istifadə olunan dozimetrik və 
kəşfiyyat cihazları 
MM sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin, MM 
qoşunları və hərbiləşdirilmiş dəstələrin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları 
aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini müəyyən etməkdir. 
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir: 
1. Əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xilasetmə və digər təxsirəsalınmaz işlərin 
təhlükəsizliyini təmin etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi; 
2. Dezaktivasiya və sanitar təmizlənməsi keçirilməsi zərurətini, bunların keyfiyyətini müəyyən 
etmək, habelə zədələnmiş ərzaq məhsullarından istifadə etməyin mümkünlüyünü, normalarını təyin 
etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi; 
3. Radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş fəaliyyətini təyin etmək məqsədilə 
şüalanma dozalarının ölçülməsi; 
4. Ərzaq məhsullarının, suyun, ərazinin radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin 
laboratoriyada ölçülməsi. 
Dozimetrik cihazları – onların təyinatına, vericisinin tipinə, ölçülən şüalanmanın növünə və 
cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar. 
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: 
İndikatorlar 
- radiasiya kəşfiyyatı üçün ən sadə cihazlardır, bu cihazlar vasitəsilə 
şüalanmaları aşkar etmək β və γ şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür. 
Cihazlar işıq və ya səs siqanlı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza 
gücünün artdığı və ya azaldığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı 
tətbiq edilir. Cihazların bu qrupuna DP-64 indikatoru aiddir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin