İlk tibbi yardım - fəlakət zonasında özünə və yoldaşına kömək şəklində bilavasitə yaralıların
özləri, sanitarlar, xilasedicilər, xilasetmə işlərinə qoşulmuş könüllülər və s. tərəfindən həyata keçirilir.
Bu əhalinin savadından, tibbin səviyyəsindən də asılıdır. İlk tibbi yardımın məqsədi həyat üçün
təhlükəli olan, yaxud yaralının vəziyyətini ağırlaşdıra bilən səbəblərin aradan qaldırılmasından
ibarətdir. Bura zərərçəkmişlərin uçmuş binalardan, görmə qabiliyyətini itirmiş şəxslərin zədələnmə
ocağından çıxarılması, yanan paltarların söndürülməsi, zəhərlənmiş zonalarada əleyhqazların
geyindirilməsi, şpris tyübiklə ağrıkəsicilərin yeridilməsi, yuxarı tənəffüs yollarının selikdən, qan və
mümkün yad cisimlərdən təmizləməklə asfiksiyanın aradan qaldırılması və s. aiddir. Tənəffüsün
dayanması hallarında «ağızdan-ağıza», «ağızdan-buruna», «S-vari» boru, yaxud maska ilə süni
tənəffüs verilir və ürəyin qapalı massajı həyata keçirilir.
Burada həmçinin qanaxmanm müvəqqəti saxlanılması üsulları, yara nahiyəsinin aseptik
sarınması, sınıqlar zamanı ətrafların hərəkətsizləşdirilməsi tətbiq edilir. Bu zaman standart və qeyri-
standart vasitələrdən istifadə edilir. Xəstə və yaralılar xüsusi meydançaya gətirilir. Qəzaların
xarakterindən asılı olaraq yaralılara əleyhqaz geyindirməklə bərabər antidot da yeridilir.
Həkiməqədər yardımı - feldşer, tibb bacısı və s. aparır. Bu özundən əvvəlki yardım növünü
tamamlayır. Yaralı zədələnənlərin sayı kütləviləşdikdə bu yardım növü ilk həkim yardımı mərhələsini
də tamamlaya bilər. Fəlakətin növündən, vaxtından asılı olaraq (məsələn: qar uçqunu, qışda zəlzələ,
yaxud daşqınlar və s.) xəstə və yaralıların paltarları dəyişdirilir, onların bədəni əldə olan mümkün
vasitələrlə isidilir, onlara isti maye içirdilir.
İxtisaslı cərrahi yardım - bu yardım növünün məqsədi mexaniki, termiki və kombinasiyalı
zədələnmələrdə həyat üçün təhlükəli fəsadlaşmaların qarşısının alınması, yaxud baş vermiş
fəsadlaşmaların nəticələrinin operativ və qeyri –operativ yolla aradan qaldırılması, xəstə və yaralıların
daha tez sağalması üçün tədbirlərin yerinə yetirilməsindən ibarətdir.