Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
41
kapitan gəmidə olan digər insanlara da müraciət edə bilər. Bu zaman qarşıya qoyulan əsas məqsəd
insanları xilas etmək (xilasedici qayıqlar, digər gəmilərin köməyindən istifadə və s.), gəminin
batmaması və yanğınla mübarizə aparmaqdır.
Magistral boru kəmərlərində
qəza halları ağır ekoloji nəticələrə səbəb olur. Qəza və
fəlakət səbəbindən boru kəmərinin deformasiya uğraması, dağılması və ya partlaması nəticəsində
zəhərli maddələrin kənara sızması
nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı yaşayış
məntəqələrində ətraf mühitin (havanın, suyun, torpağın) çirklənməsinə, heyvanların, insanların ciddi
xəstəliklərinə gətirib çıxarır. Son illərdə boru kəmərlərinin qəsdən sıradan çıxarılması halları da xeyli
artmışdır. Boru kəmərlərinin birbaşa neftçıxarma obyektləri (o cümlədən dənizdə) ilə əlaqədar yanğın
təhlükəsi riski artmışdır. Bunu nəzərə alaraq neft, qaz kəmərlərinin təhlükəsiz istismarı və mühafizəsi
tədbirləri həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarına mane
olan, zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir, boru kəməri xətti
boyunca onun orta oxundan hər tərəfə şərti xəttlərlə 50 m torpaq sahəsi ayrılır. Boru kəmərləri çay və
kanallarla kəsişdikdə sahildə və kəmərboyunca fərqləndirici və xəbərdaredici nişanlar qoyulur.
Qeyd etdiyimiz qəza və fəlakətlər iqtisadiyyata zərər vurmaqla yanaşı, çoxsaylı insan itkisinə və
ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Azərbaycan Respublikası neft-qaz ölkəsi olduğundan
müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbəyi hesab edilir.
Növündən asılı olmayaraq sadaladığımız qəzalar zamanı az və çoxsaylı insan itkisi olur.
İnsanlarda mexaniki qarışıq zədələr, kimyəvi maddələrlə zəhərlənmələr, sınıqlar, çıxıqlar, ağır kəllə
beyin travmaları və s. baş verə bilər. Nəqliyyat qəzalarının növündən asılı olmayaraq ilk tibbi yardım
öz-özünə və qarşılıqlı yardım prinsipinə əsaslanır. Bunun üçün istənilən nəqliyat növündə ilk tibbi
yardım məqsədilə tibbi çantalar (qutular) olmalıdır. Qəza zamanı ilk
növbədə müxtəlif qurumlara
xəbər verilməli və təcili yardım çağırılmalıdır. Təcili yardım gələnə qədər zərərçəkmiş şəxsi xilas
etmək üçün təcili tədbirlər görülür. Zərərçəkmiş şəxslər bir neçə nəfər olarsa,
birinci olaraq
danışmayan (reaksiya verməyən, huşunu itirmiş, travmatik şok vəziyyətində olan) şəxsi qəza yerindən
çıxarmaq və yardım etmək lazımdır. Kliniki ölüm vəziyyəti, arterial qanaxma, partlayış, yanğın,
toqquşma və s.
təhlükəsi olarsa, nəqliyyat vasitəsində göstərilməsi mümkün olmayan təcili yardım
üçün zərərçəkən nəqliyyatdan çıxarılır. Xilasedən şəxs zərərçəkmişi tərpətmədən tez bir zamanda onun
vəziyyətini reanimasiya qaydalarına uyğun (yəni şüurunun olması, nəbz, tənəffüsün olub-olmaması)
müəyyənləşdirməlidir. Lazım olarsa, süni tənəffüs verilməli, ürəyin qapalı masajı aparılmalıdır.
Onurğadan xəsarət almış zəzərçəkən (boyun nahiyyəsində kəskin ağrı, başın yanlara hərəkətinin
mümkün olmaması) 2-3 nəfər tərəfindən təxliyyə olunmalı, zədə nahiyyəsi mütləq immobilizasiya
edilməlidir.
Nəqliyyat fəlakətləri yanıqlar, çıxıqlar, əzilmələr, donvurma zədələri ilə müşayət olunur. Bu
zaman sudaboğulma, günvurma, hətta kimyəvi maddələrlə zəhərlənmə və qazlarla boğulma halları da
mümkündür. Sudaboğulma zamanı insanı xilas etdikdən sonra təmiz hava almasını təmin etmək, süni
tənəffüs və ürəyin qapalı massajını aparmaq lazımdır. Təhlükəli qanaxmalar mütləq müvəqqəti də olsa
dayandırılır. Zədələnmiş qan damarı sümüyə barmaqla sıxaraq, turna və ya burmac qoyulur.
Boru kəmərlərində qəzalar yanıq xəsarətli zərərçəkənlərin olması ilə səciyyələnir. Demək olar ki,
bütün nəqliyyat qəzaları yanğın hadisəsi ilə müşayət olunur. Ilk növbədə yanğının söndürülməlisinə
nail olmaq, zərərçəkəni yanğından uzaqlaşdırmaq, yanıq şoku ilə mübarizə aparmaq lazımdir.