M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 42
MÖVZU 19 Fəlakət ocaqlarında cərrahi yardımın göstərilməsi Föqəladə hallar zamanı xəstə və yaralılara yardım mərhələlərlə yerinə yetirilir. Yəni göstərilən
yardım xəstə və yaralalırın köçürülməsi ilə eyni müddətdə aparılır. Fəlakət zonasından başlamış
ixtisaslı yardım mərhələsinə qədər bütün zədələnənlər eyni istiqamətdə tibb məntəqəsinə yaxud
xəstəxanalara müvafiq qaydada təxliyə olunurlar. Buna təyinat üzrə təxliyə deyilir. Məsələn, kəllə-
beyin yaralanması olanlar neyrocərrahi hospitallara, döş qəfəsi yaralanması olanlar torakal cərrahlıq
şöbəsinə, qarın boşluğu yaralanmaları abdominal cərrahlıq, ətrafların yaralanmaları travmatoloji,
damar yaralanmaları damar cərrahlığı şöbələrinə göndərilir.
Beləliklə, fəlakətlər zamanı hər bir yaralı bir neçə həkimin baxışından keçməlidir. Şəraitdən asılı
olaraq burada müalicə taktikası da dəyişə bilər. Bütün bu proseslər mürəkkəb bir sistem şəklində
müalicə-təxliyyə tədbirlərinin vahid prinsip əsasında, ardıcıl yerinə yetirilməsini tələb edir. Eyni
zamanda bu təlabat müxtəlif xarakterli zədələnmələrə yardımın əvvəlcədən düşünülmüş, elmi
əsaslanmış vahid bir prinsip üzrə və hər bir mərhələdə həyata keçirilmiş yardımın dəqiq
sənədləşdirilməsi əsasında yerinə yetirilməsini qarşıya qoyur. Fəlakətin formasından, tibbi təchizatın
hansı səviyyədə olmasından asılı olaraq göstərilən yardımın həcmi hətta müəyyən saatlarda belə dəyişə
bilər. Məsələn: ilk həkim yardımı mərhələsində (briqada tibb məntəqəsində) əlverişli şəraitdə şok
əleyhinə tədbirlər daha geniş şəkildə qan və qanəvəzedicilərin köçürülməsi, novokain blokadalarının
aparılması və s. şəkildə yerinə yetirilir. Lakin xəstə və yaralıların kütləvi gəlişi zamanı bu tədbirlərin
yerinə yetirilməsi müəyyən qədər məhdudlaşdırılıb, daha sadə müalicə metodları ilə əvəz olunur. Eləcə
də şəraitdən asılı olaraq ixtisaslı yardım mərhələsində xüsusi gücləndirici dəstənin köməyi ilə ixtisaslı
cərrahi yardım yerinə yetirilə bilər. Tibbi təxliyyənin müəyyən mərhələsində yardımın əsassız yerə
məhdudlaşdırılması, yaxud genişləndirilməsinə yol vermək olmaz. Bunlar xəstə və yaralı üçün
əhəmiyyətli olmayıb onların ziyanınadır.
Müxtəlif qrup yaralılara yardım tibbi çeşidləmə ilə eyni vaxtda həyata keçirilir. Xəstə və
yaralıların kütləvi gəlişi zamanı tibbi çeşidləmə aparılmadan yardımın həyata keçirilməsi qeyri-
mümkündür. Çeşidləmə mərhələli müalicə prinsipinin vacib elementidir. Bunun əsas mahiyyətini tibbi
təxliyənin müəyyən mərhələsində yardımın xarakteri və növbəliliyi təşkil edir.