Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
48
MÖVZU 21
Radiasiya ilə zədələnmələr. Qeyri-bərabər və bərabər şüalanma zamanı
kəskin şüa xəstəliyi
Radiasiya şəraiti düşmənin nüvə silahı tətbiq etdikdə və AES-da qəza baş verdikdə yaranır.
Adamların zədələnməsi və zəhərlənməsi müxtəlif obyektlərin radioaktiv maddələrlə zədələnməsi ilə
nəticələnir. Müxtəlif növ ionlaşdırıcı şüaların təsirindən iki növ effektlər müşahidə olunur.
Somatik – müəyyən şəxsin şüalanması zamanı
1. Erkən – kəskin şüa xəstəliyi, xroniki şüa xəstəliyi, yerli radiasion zədələr (yanıqlar və s.)
2. Gecikmiş – özünü bir neçə aylar və illərdən sonra biruzə verir, şişlər, müxtəlif orqanların
xəstəlikləri, toxumaların (ələfsus dərinin) patologiyaları.
Dostları ilə paylaş: