Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə56/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Nüfuzedici radiasiya
- nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözlə 
görünməyən qamma şüaları və neytronların selindən ibarətdir. Nüvə partlayışı zamanı cəmi 10-25 
saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş adamlar və heyvanlar şüa 
xəstəliyinə tutula bilər. Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar 
canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına, 
hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı 
orqanizmin mübarizə qabiliyyətinin zəiflənməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir, 
zədələnmə əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır. Xəstəliyin gedişi orqanizmin aldığı 
şüanın dozasından asılıdır. Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulur. 
Radioaktiv çirklənmə
- Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv 
zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir 
neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə 
qaldırıb onları radioaktiv buludla birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə partlayış 
rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış 
mərkəzindən yüzlərlə kilometr uzağa aparılır.
Adamların radioaktiv zəhərlənmədən mühafizəsi üçün onları ümumi xarici şüalanmadan 
qorunmaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin 
qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan, fərdi 
mühafizə vasitələrindən istifadə olunur. 
Elektromaqnit impulsu
- nüvə partlayışı anında yayılan qamma-kvantları və neytronların 
ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək, hava və ya rabitə, kabel xətlərində, siqnal, elektrik 
xətlərində, radiostansiyaların antenalarında qısamüddətli, lakin çox güclü cərəyan və gərginliyə deyilir. 
Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu 
yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Bunun üçün qoruyucu avtomat tərtibatlardan 
istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi ). 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin