Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
52
Bundan sonra iflic mərhələsi başlayır. Qıcolmalar
yox olur, A/T enir, nəbz çətin hiss edilir.
Tənəffüs dayandıqdan sonra ürək fəaliyyəti də dayanır.
Yüksək dozaların təsiri nəticəsində zəhərlənmənin ―ildırımvari‖ formasından danışmaq
mümkündür.
İlk tibbi yardım:
1. əleyhqaz geymək ;
2. inhalyasion antidot-amilnitrit verilir;
3. təcili təxliyyə.
Zəhərlənmə ocağından kənar ilk tibbi və həkiməqədər yardım:
1. əleyhqaz və çirklənmiş paltarlar çıxarılır;
2. sakitliyi təmin etmək, isindirmək ;
3. süni tənəffüs;
4. ürək fəaliyyəti zəifləyibsə dəri altına 1 -2 ml kordiamin yeritmək;
5. növbəti mərhələyə təcili təxliyyə.
Karbon oksidi
- (dəm qazı ) iysiz və rəngsiz qazdır. Az dozaların təsiri altında ləng forma baş
verir
- başgicəllənmə, baş ağrıları,
gicgahlarda pulsasiya, qulaqlarda küy, əzələ zəifliyi, hərəkətlərin
kordinasiyasının pozulması, ürəkbulanma, qusma. Nəbz və tənəffüs tezləşir. Eşitmə və görmə pozulur,
hallyüsinasiyalar baş verir.
Zəhərin
təsiri davam edərsə,
xəstə komaya düşür, ürək və tənəffüsün fəaliyyətinin dayanması
nəticəsində ölüm baş verir. Yüksək dozalı konsentrasiyaların nəticəsində ildırımvari forma inkişaf edir.
Dostları ilə paylaş: