M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 50
MÖVZU 22 Kimyəvi zədələnmə ocağında yaranmış şəraitin qiymətləndirilməsi Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait
deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su
mənbələrinə və s. təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi
zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədə uyğun
fəaliyyətlərinin seçilməsindədir. Kimyəvi şəraitin qiymətləndirilməsində obyektlərin, bütün
qərargahların rəisləri və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək üçün iştirak
edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və
onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər. Kimyəvi şərait kimyəvi kəşfiyyatın
məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir:
1. Dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;
2. Kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;
3. Zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və
üsullarını təyin etmək;
4. Ərazinin xarakterini və hava şəraitini öyrənmək.
Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində dəqiqləşdirirlər.
Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsülları, miqyası, adətən, adi
görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyici
maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər. Əgər
düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V
tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi
haqqında məlumatları obyektin mülki müdafiə qərərgahlarına rayonun MM qərərgahı göndərir.
Dəstələrin fəaliyyət göstərəcəyi yeni rayonların ərazilərinin xarakterini xəritələr, sxemlər üzrə və
bilavasitə baxmaqla öyrənirlər.
Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və
istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə
xarakterləri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli
məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin
şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir.