Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə58/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Genetik – rüşeym hüceyrələrinin şüalanması nəticəsində, gələcək nəsillərdə özünü biruzə verir 
(xromosom xəstəlikləri). 
Radiasiyanın təsirinin xüsusiyyətlərindən asılı olaraq, udulmuş dozanın vaxt üzrə və insan 
orqanizmində yayılmasına görə zədələnmə növləri inkişaf edir. Fövqəladə hallar üçün (radiasion 
qəzalar) kəskin radiasion zədələnmələr xarakterikdir: kəskin şüa xəstəliyi, kəskin yerli zədələnmələr, o 
cümlədən şüa yanıqları. Xroniki zədələnmələr, radioaktiv maddələrlə çirklənmiş ərazilərdə, 
ionlaşdırıcı şüa mənbələrində işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməyəndə yaranır. 
Radiasiya ilə zədələnmələrin patogenezi - İonlaşdırıcı şüalanmanın birbaşa təsiri altında udulan 
enerjinin maddədə aktiv radikallar əmələ gətirməsi ionizasiya adlanır. Bu təsirə ən çox metobolizm, 
toxuma təzələnməsi, enerji sintezi proseslərinin gedişində iştirak edən yüksək polimer maddələrdən 
olan nuklein turşuları məruz qalır. Sıx ionlaşdırıcı şüalanmaya canlılar birbaşa məruz qalır. Səbəbi 
DNT molekkularında ikili parçalanma nəticəsində, onun reparasiyasının (bərpasının) çətinləşməsidir. 
İonlaşdırıcı şüalanmanın qeyri-birbaşa təsiri bədəndəki suyun radiolizi ilə əlaqədardır. Bunun 
nəticəsində maddələr mübadiləsində iştirak edən müxtəlif molekulların inaktivasiyası baş verir. 
Toxumalar şüalanma dərəcəsinə görə aşağıdakı sıra ilə düzülür: 
1. Limfa toxuması; 
2. Sümük iliyi; 
3. Cinsi vəzilərin epitelisi; 
4. Bağırsaq epitelisi; 
5. Dəri; 
6. Büllur;
7. Endoteli; 
8. Seroz qişalar; 
9. Perenximatoz orqanlar; 
10. Əzələlər; 
11. Birləşdirici toxuma; 
12. Qığırdaqlar; 
13. Sümüklər; 
14. Sinir toxuması; 
Radiasion şüalanma nəticəsində qan hüceyrələrinin defisiti, endokrin sistemi və MMS 
fəaliyyətinin pozulması meydana çıxır. Patogenezdə əsas rolu intoksikasiya oynayır və əsas 
simotomların ortaya gəlməsi onun dərəcəsindən asılıdır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin