Tələbə: Yusif Əzizov Qrup: 201.21 Fənn: Fövqəladə hallardan zərərin qiymətləndirilməsi Mövzu: Bakterioloji zədələnmə ocağının xarakterstikası
Müəllimə: Sadıqova Yeganə
Təqdimat: Bakterioloji silah tətbiq edilən şəraitdə görülən tədbirlərin müvəffəqiyyəti vaxtında və düzgün aparılan epidemiya əleyhinə işlərdən asılıdır. Bu tədbirlər kompleksinə bakterioloji kəşfiyyat, infeksion xəstəliklərin törədicilərinin təyini, karantin, yaxud observasiyanın tətbiqi, xəstəliyə tutulmuş şəxslərin aşkarlanması, hospitalizasiyası və müalicəsinin təşkili daxildir.
Bakterioloji kəşfiyyat bakterioloji silah işlədilməsi faktını təsdiqləyən kimi, törədicinin növünün müəyyənləşdirilməsini gözləmədən, dərhal həmin ərazidə karantin həyata keçirilir. Bakterioloji zədələnmə ocağında həmin ərazidəki insanları və heyvanları ətraf yoluxmamış ərazilərdəki insanlardan tam izolyasiya olunmasına, həmin ocaqda xəstəliyin ləğvinə yönəldilmiş epidemiya əleyhinə və rejim tətbiqi karantin adlanır.
Bu tədbirlər kompleksi xüsusi təhlükəli infeksiyalar (taun, vəba, tulyaremiya və Sibir yarası) zamanı xüsusilə vacibdir. Rejim xarakterli tədbirlərə bakterioloji ocağın qorunması və daxilində komendant xidmətinin təşkili aiddir. Karantin zonasına giriş və çıxış ciddi məhdudlaşdırılır. Əvvəlcədən zərərsizləşdirmə aparılmadan bu zonadan hər hansı bir əşyanın çıxarılması qəti qadağandır.
Kütləvi xəstələnmə hallarında insanlar kiçik qruplar halında yerləşdirilməklə təcrid edilir. Onlar müşahidə altında olurlar və epidemiya əleyhinə rejimə ciddi riayət edilir.
Epidemiya əleyhinə rejim tələbləri çərçivəsində karantin zonasında insanların hərəkətinə icazə verilir.
Bakterioloji zədələnmə ocağında aparılan sayıq tibbi müşahidə, həmçinin infeksiyanın yayılmasının qarşısının alınmasına doğru yönəlmiş müalicə-profilaktika və təcrid-məhdudlaşdırma tədbirləri sisteminə observasiya deyilir. Observasiyada bakterioloji ocaq mühasirəyə alınmır, lakin əhalinin bu zonaya giriş və çıxışı məhdudlaşdırılır. Observasiya bilavasitə karantin zonası ətrafında olan rayonlarda tətbiq edilir.
Ayrı-ayrı mənzillərdə, evlərdə, digər obyektlərdə olan insanlar üzərində gündəlik aparılan daimi tibbi müşahidələr sayəsində bakterioloji ocaqda xəstəliyə tutulan şəxslər daha erkən dövrlərdə aşkarlanır və izolyasiya edilir. Həmçinin, qızdırmalı xəstələri də aşkarlayaraq, onları infeksion şöbələrə (xəstəxanalara) göndərirlər. Karantin zonasında xəstələri aşkarlamaq üçün ərazini gəzən tibbi heyət qoruyucu maskada, eynəkdə, pambıq parçadan tikilmiş kombinezonda (xalatda), rezin çəkmə və əlcəklərdə olmalıdır.
Ərazini gəzdikdən sonra tibbi heyət tam sanitariya işlənməsindən keçməlidir. İnfeksion xəstəliklərin evakuasiyası üçün istifadə edilmiş nəqliyyat vasitələri (təcili yardım maşını, avtobus, yük avtomobili və s.) mütləq dezinfeksiya olunmalı, tibbi heyət isə tam sanitariya işlənməsinə məruz qalmaqla, onların paltarları dezinfeksiya edilməlidir.
Bakterioloji zədələnmə ocağında, törədicinin növünün təyinini gözləmədən, antibiotiklər və digər dərmanlardan istifadə etməklə təcili qeyri-spesifik profilaktika aparılır. Törədicinin növü təyin edildikdən sonra bakteriofaq və zərdablardan istifadə edilməklə təcili spesifik profilaktika davam etdirilir. Ərazini zərərsizləşdirmək üçün dezinfeksiya (mikrobların məhvi), dezinseksiya (həşəratların məhvi) və deratizasiya (gəmiricilərin məhvi) tədbirləri aparılır.
Karantin zonasında olan insanların hamısı yoluxmanın xarakterindən və lazımi vəsaitin miqdarından asılı olaraq tam, yaxud hissəvi sanitariya işlənməsindən keçirilir. Bakterioloji silah işlədilməsi faktı təsdiq edilən kimi əhali sərbəst surətdə 2%-li xloraminin sulu məhlulundan, odekalondan, 70%-li spirtdən istifadə etməklə hissəvi sanitariya işləməsindən keçir.
Tam sanitariya işlənməsi xüsusi meydançalarda aparılır və bu zaman paltarlar da dezinfeksiya olunur. Törədicinin növü müəyyən edildikdən sonra xüsusi peyvəndlər aparılır ki, insanlarda həmin xəstəliyə qarşı süni immunitet yaransın. Bakterioloji zədələnmə ocağında həmçinin suyun, ərzaq məhsullarının ekspertizası aparılır, lazımi hallarda isə onlar zərərsizləşdirilir.