Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə63/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Bu maddələr 2 qrupa bölünür: 
1. Tez təsiredici xlor, üçxlorlu fosfor, fosfor oksixloridi-ağciyərlərdə iltihabi- nekrotik dəyişikliklər 
əmələ gətirir, gizli dövrü yoxdur. 
2. Ləng təsiredici -fosgen, kükürd xloridi-gizli dövrü var və kliniki əlamətlər ləng inkişaf edir. 
Xlor
- sarımtıl-yaşıl rəngli, kəskin qoxulu qazdır, havadan 2,5 dəfə ağırdır. Zədələnmənin 
xüsusiyyəti konsentrasiyadan asılıdır. İlk simptomlar (orta konsentrasiyada): göz, burun və boğazda 
qıcıqlanma elementləri yaranır, tənəffüs çətinləşir, səthidir, ağrılıdır. Zərərçəkən həyəcanlanır. 2-3 
saatdan sonra ağciyər ödemi başlayır. Yüksək dozalarla zəhərlənmə zamanı tənəffüs və damar 
mərkəzlərinin iflici nəticəsində qısa müddətdə ölüm (ildırımvari ölüm) baş verir. 
Üçxlorlu fosfor
- kəskin qoxulu rəngsiz mayedir. Tənəffüs zamanı burunda və boğazda 
göynəmə, ağrı, döş nahiyəsində sıxıntı, öskürək, zökəm, afoniya olur. Göz ağrısı, gözlərin sulanması, 
konyuktivit baş verir. Bəzi hallarda görmə qabiliyyəti tam itir. Zəhərin uzun müddətli təsiri nəticəsində 
yuxarı tənəffüs yollarında iltihabi-nekrotik dəyişikliklər və ağciyər ödemi olur. 
Fosgen
- çürük alma iyli, rəngsiz qazdır. Gizli dövrü 1 -24 saat davam edir. Bu dövrün sonunda 
tənənffüs tezləşir, səthiləşir və ağciyərlərin ödemi başlanır. Təngənəfəslik çoxalır, bəlğəmli öskürək 
olur. Dəri və gözlə görünən selikli qişalar göy rəng alır. Xəstənin vəziyyəti ağırlaşdıqca dəri boz rəng 
alır (boz hipoksiya).
İlk tibbi yardım zədələnmə ocağında göstərilir: 
1. əleyhqaz geymək, yaxud 2-3% soda məhlulunda isladılmıış pambıq -tənzif maska geymək; 
2. sakitlik, isindirmə; 
3. təcili təxliyyə. 
İlk tibbi və həkiməqədər yardım (zəhərlənmə zonasından kənar) 
1. əleyhqazı çıxarmaq; 
2. sıxışdırıcı geyimi çıxarıb isindirmək; 
3. dəri və selikli qişalar 2% soda məhlulu ilə yuyulur, gözə 2% novokain məhlulu tökülür; 
4. ağciyərlərin süni ventilyasiyası; 
5. dəri altına 0,1% 1 ml atropin sulfat məhlulu yeritmək ; 
6. oksigen inhalyasiyası ; 
7. təcili təxliyyə. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin