Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 25
komplektləşdirilir. QP—7V əleyhqazı isə danışıq tərtibatı və suiçmə tərtibatı olan MQP tipli üzlük
hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan
yaradır.
QP-7 (QP-7V) əleyhqazının üzlük hissələrini santimetr bölügülü lent vasitəsilə başın üfüqi və
şaquli çevrələrini ölçməklə seçirlər.Üfüqi çevrənin kəmiyyətini tapmaq üçün başı qabaqda-qaşların
üstündən, yanlarda-qulaq seyvanından 2-3 sm yuxarıdan, arxada isə kəllənin ən qabarıqlı hissəsindən
keçən qapalı xətt üzrə ölçürlər. Şaquli hissə başın kəllə-yanaqlar-çənəaltı hissədən keçən dairəvi xətt
üzrə müəyyən edilir. Məsələn, əgər başın şaquli və üfüqi çevrələrinin uzunluqları cəmi 118,5-121 sm-ə
bərabərdirsə, bu maskanın 1-ci ölçüsünə; 121,5-126 sm-ə bərabərdirsə 2-ci; 126,5 sm-dən artıqdırsa 3-
cü ölçüsünə uyğun gəlir.
Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi böyüklər üçün olan əleyhqazlardakı kimidir, lakin
bir sıra özünəməxsus xüsusiyyətləri var. QP-6M əleyhqazı 1,5 yaşdan yuxarı kiçik yaşlı uşaqlar
üçündür. DP-6 əleyhqazı yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur, iriölçülü süzücü-uducu qutu
və üzlük hissə olaraq yalnız 5-ci ölçülü MQ-1 maskası ilə komplektləşdirilmişdir. PDF-7 əleyhqazları
kiçik və yuxarı yaşlı uşaqlar üçündür. PDF-Ş əleyhqazı 7 yaşından 12 yaşınadək uşaqlar üçündür.
Uşaq əleyhqazlarını istifadəyə hazırlayarkən əvvəlcə maskanın (şlem maskanın) lazımi ölçüsünü
seçirlər. Uşaq əleyhqazı maskasının ölçüsünü tapmaq üçün üzün uzunluğunu respiratorda olduğu kimi
millimetr xəstkeşlə ölçürlər. Əvvəllər üzün enini də ölçürdülər, lakin təcrübə göstərdi ki, buna ehtiyac
yoxdur. Məsələn: PDF-6 əleyhqazının maskasını seçərkən üzün uzunluğu 88-95 mm olduqda 3-cü; 96-
103 mm-də 4-cü; 104-111 smdə 5-ci ölçülü maska lazımdır. PDF-Ş əleyhqazlarında şlem-maskanın
lazımi ölçüsünü isə başın çevrəsini kəllə-yanaqlar-çənəaltı hissədən keçən qapalı xətt üzrə sm bölgülü
lentlə ölçüb təyin edilir. Əleyhqazın lazımi ölçüsünü seçdikdən sonra onun kipliyini yoxlamaq
lazımdır. Bu zaman maskanı başa taxır, çantadan süzücü-uducu qutunu çıxarır, onun dibindəki deşiyi
tıxacla ya da əlin ovucu ilə örtür və nəfəs alırlar. Bu zaman maskanın altına hava keçməməlidir (yəni
nəfəs almaq mümkün olmamalıdır). Əgər hava keçərsə qaytanları qısaltmaq və ya başqa üzlük hissə
götürmək lazımdır.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə ―karandaş‖ vasitəsilə
şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra bu xətləri şüşə şəffaflaşana qədər barmaqla sürtürlər.
PDF-Ş (2-Ş) əleyhqazlarında bu məqsədlə tərləməyən plyonkadan istifadə olunur.
Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır (o cümlədən
bakterial vasitə aerozollarından). Məsələn: havasında qoxulu zərərli toz olan zavodların işçiləri, eləcə
də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən insanlar (işçilər) üzlərinə sənaye
respiratoru taxırlar. Sənaye respiratorları havada zərərli maddələr yolverilən yüksək konsentrasiyadan
10-15 dəfədən artıq olmadıqda istifadə edilir. GTZM-dən mühafizə üçün respiratorlardan istifadə
etmək qadağandır. Böyüklər üçün R-2, RU-60M, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur.
R-2D, R-2 respiratorları süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir.
Maskada iki nəfəsalma, bir nəfəsvermə klapanı və burun sıxıcı var. Çəkisi 50-60 qramdır, polietilen
kisədə saxlanılır. Respiratorlar üzə kip oturmalıdır ki, zəhərli hava maskanın altından keçməsin. Bunu
üçün ölçü düzgün seçilməlidir. R-2D 4 ölçüdə (0,1,2,3) olur. Ölçü maskanın çənəaltı hissəsində
göstərilir. Lazımi ölçünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun əsası ilə çənənin ən
aşağı nöqtəsi arasındakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Uzunluq 80-100 mm-0 ölçülü;
100-115mm birinci; 115-125 mm- ikinci; 125-dən artıq üçüncü ölçülü sayılır. Əhalinin özü tərəfindən
hazırlanan və kütləvi mühafizə vasitəsi kimi tozdan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif
sarğını göstərmək olar. Hansılar ki, hər bir adamın iş və yaşayış yerində olmalıdır. Parça maska və ya
sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tozdan
qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.
Dərinin mühafizə vasitələri tabel və əlaltı vasitələrə ayrılır. Mühafizə prinsipinə görə tabel
vasitələri süzücü (havakeçirən) və təcridedici (hava keçirməyən) növləri olur. ZFO-58 dəri
mühafizəedən süzücü vasitə mühafizə paltar komplektidir (dəsti). 3 ölçüdə olur. Birinci ölçü boyu 160
sm-ə qədər, ikinci ölçü boyu 160-170 sm-ə qədər, üçüncü ölçü 170 sm-dən artıq adam üçündür. Bu
paltar dəsti xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt
paltarlarından, parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqlar) ibar ətdir.