Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 26
Hopdurulmuş pasta zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli) və ya buxarları
neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.
ÜMK- Ümumqoşun mühafizə komplekti dərini təcridedici mühafizə vasitəsi olub, mühafizə
plaşından, corablarından və əlcəklərdən ibarətdir.Adətən hopdurulmuş alt və üst paltarların üstündən
geyinilir. L-1 rezinləşdirilmiş parçadan hazırlanan boşluqlu gödəkçədən, corablı şalvardan, ikibarmaqlı
əlcəklərdən və şlemaltlıqdan ibarətdir. Dərini təcridedici mühafizə vasitələri havakeçirməyən
materiallardan hazırlandığından onlarda qalmaq müddəti məhduddur (havanın t-dan asılı olaraq).
Temperatur +30
0
C-dən artıq olduqda 15-20 dəq, 20-24
0
C-də 45 dəqiqəyə qədər, 15-19
0
C-də 2
saata qədər, 15
0
C –dən aşağı 3 saatdan artıq. Tutqun və küləkli havada və kölgədə işləyərkən bu
müddət 1,5 dəfə artırıla bilər. Bu vasitələr ZM-in yüksək konsentrasiyası şəraitində iş apararkən,
habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən istifadə edilir.
Dərini mühafizə edən əlaltı vasitələr kimi kipləşdirilmiş məişət, iş, idman paltarları və
ayaqqabılarından, digər geyimlərdən istifadə oluna bilər. Fərdi mühafizə vasitələri üçün konkret
saxlama müddətləri müəyyən edilmişdir. Belə ki, uşaq əleyhqazları üçün 10 il, İP-4 və İP-5
əleyhqazları üçün 5 il, dərinin mühafizə vaistələri və respiratorlar üçün 3 il saxlama müddəti nəzərdə
tutlmuşdur.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 27
MÖVZU 12