Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
63
MÖVZU 30
Tam və qismən sanitar təmizlənmə
Radiasiya kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və kütləvi qırğın
silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki vasitələr, binalar,
mühafizə qurğuları və s. zəhərlənə bilər. Radioaktiv maddələrin təsiri bir neçə gün ərzində, damcı
şəklində olan zəhərləyici maddələr bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və ay davam edir.
Bioloji vasitələrin təsir müddəti bir neçə gün və ay ola bilər.
İnsanlar zəhərləndikdə sanitariya təmizlənməsindən, ərazilər, qurğular, binalar, texniki vasitələr
xüsusi təmizlənmədən keçməlidirlər. Sanitariya təmizləməsi adamların bədənini və paltarlarını
zəhərlənmələrdən təmizləməkdən ibarətdir. Bu təmizlənmə qismən və tam ola bilər. Adamların
sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır. Qismən sanitariya
təmizlənməsi zədələnmə ocağında və oradan çıxarkən hər bir adam tərəfindən müstəqil olaraq aparılır.
Qismən sanitar təmizlənməni bədənin açıq səthlərinə, paltara, ayaqqabılara və fərdi mühafizə
vasitələrinə düşmüş radioaktiv maddələrin və bakterial vasitələrin kənar edilməsindən və
zərərsizləşdirilməsindən ibarətdir. Qismən təmizlənmə zədələnmə ocaqlarında və yaxud onlardan
çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir.
Qismən sanitariya təmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir.
Dostları ilə paylaş: