Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə106/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
83
Ürəyin xarici massajı. Xəsarətalan arxası düz bərk yerdə arxasıüstə olmalıdır. Onun sol tərəfində 
dayanıb ovuclar bir-birinin üstündə olmaqla əllər yaralananın döş sümüyünün aşağı üçdə bir 
nahiyyəsinə qoyulur. Sonra dəqiqədə 50-60 ritmik təkrarla sinəni aşağı basır və hər təkrardan sonra 
əllər yuxarı qaldırılır ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkrar döş qəfəsi ən azı 3-4sm aşağı basılır. 
Ürəyin xarici massajına ilk göstəriş – döş qəfəsinin daxilə keçən yaralanması, ürək tamponadası. 
Ürəyin xarici massajı və ağciyərlərin süni ventilyasiyası eyni vaxda aparılmalıdır. Əgər yardımı 
bir xilasedici gəstərirsə, onda 2 nəfəs vermədə 10 masaj edilməlidir. Əgər iki xilasedici iştirak edirsə, 
onda biri zərərçəkəndən solda digəri sağda olur və 1 nəfəs verməyə 5 massaj aparılır. 
20-30 dəqiqədən sonra reanimasiya tədbirləri effekt vermirsə - ürəyin fəaliyyəti bərpa olmur, 
bəbəklər genəlmiş qalır və göz damarları böyüyür. Bu o deməkdir ki, artıq beyində geri dönməz 
proseslər baş verib və kliniki ölüm bioloji ölümə keçib. Reanimasiya tədbirləri dayandırılır. 
Həkiməqədər yardım tədbirləri təminatdan asılı olaraq daha geniş aparıla bilər. 
Məsələn:
1. Oksigen inhalyasiyası.
2. Vena daxilinə 0,1%-0,5 ml adrenalin (5 ml izotonik məhlul yaxud qlükozada həll edərək). 
3. Venadaxilinə 1%-0,5 mezaton. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
84
MÖVZU 41 
Uzunmüddətli sıxılma sindromu 
Uzunmüddətli sıxılma sindromu (uzunmüddətli basılma sindromu, turniket şoku, pozision 
sindrom, Kraş sindromu, xilasetmə sindromu və s.) xəsarət almış insanlarda ağrıya, uzunmüddətli 
işemiyaya və işemiyaya uğramış toxumalarda gedən degenerativ-nekrotik dəyişikliklərə orqanizmin 
ümumi cavab reaksiyasıdır. Bu sindrom ətrafların, yaxud bütövlükdə insan bədəninin torpağın, uçmuş 
binaların, ağır əşyaların altında qalıb sıxılması nəticəsində baş verir. Bu sindroma müharibə dövründə 
37-60%, zəlzələlər zamanı isə 23,8% hallarda rast gəlinir. 
Sülh dövründə bu sindromun müxtəlif növ pozision növünə heç də az rast gəlinmir. Bu sindrom 
ən çox sərxoş və uzun müddət huşsuz halda olan insanlarda olur ki, belə şəxslər ayaqları üstə 
yarımoturaq vəziyyətdə, yaxud qolları, başı hər hansı bərk əşya arasında qaldıqda toxumaların 
uzunmüddətli sıxılması nəticəsində ətrafların kəskin işemiyası nəticəsində pozision sindrom meydana 
çıxır. Sonra da buna rezipulyasiya fenomeni qoşularaq xəstəliyin inkişafına təkan verir. 
Təsnifatı: 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin