Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
84
MÖVZU 41
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (uzunmüddətli basılma
sindromu, turniket şoku, pozision
sindrom,
Kraş sindromu, xilasetmə sindromu və s.) xəsarət almış insanlarda ağrıya,
uzunmüddətli
işemiyaya və işemiyaya uğramış toxumalarda gedən degenerativ-nekrotik dəyişikliklərə orqanizmin
ümumi cavab reaksiyasıdır. Bu sindrom ətrafların, yaxud bütövlükdə insan bədəninin torpağın, uçmuş
binaların, ağır əşyaların altında qalıb sıxılması nəticəsində baş verir. Bu sindroma müharibə dövründə
37-60%, zəlzələlər zamanı isə 23,8% hallarda rast gəlinir.
Sülh dövründə bu sindromun müxtəlif növ pozision növünə heç də az rast gəlinmir. Bu sindrom
ən çox sərxoş və uzun müddət huşsuz
halda olan insanlarda olur ki, belə şəxslər ayaqları üstə
yarımoturaq
vəziyyətdə, yaxud qolları, başı hər hansı bərk əşya arasında qaldıqda toxumaların
uzunmüddətli sıxılması nəticəsində ətrafların kəskin işemiyası nəticəsində pozision sindrom meydana
çıxır. Sonra da buna rezipulyasiya fenomeni qoşularaq xəstəliyin inkişafına təkan verir.
Təsnifatı:
Dostları ilə paylaş: