Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Travmatik toksikoz zamanı toksinemiya faktorları bunlardır



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə108/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Travmatik toksikoz zamanı toksinemiya faktorları bunlardır: 
1. ürəyi, böyrəkləri və saya əzələləri zədələyən hiperkapniya; 
2. orqanizmdəki zəhərli faktorların böyrəklərlə xaric olmasına mexaniki maneçilik törədən 
mioqlobin ifrazı; 
3. biogen amillərin və vazoaktiv polipeptidlərin əmələ gəlməsinin sürətlənməsi; 
4. zədələnmiş toxumalarda əmələ gələn autoantigenlər; 
5. proteolitik fermentlərin təsirindən zədələnmiş toxumalarda, ilk növbədə dəridə və əzələlərdə 
orqanizmin öz zülalından əmələ gələn çoxsaylı, tərkibcə müxtəlif olub, ümumi bir ad altında 
birləşdirilən ―işemik toksin‖. 
Yuxarıdakı faktorların təsirindən kompressiyanın ilk saatlarından başlayaraq birinci növbədə 
böyrəklər zədələnir, sonra qaraciyərin antitoksiki funksiyasının pozulması baş verir. 
Kompressiya dövründə xəstədə müxtəlif psixoemosional dəyişikliklərlə yanaşı, zədələnməyə 
məruz qalmış nahiyyədə ağrılar, nitq və hərəki oyanıqlıq əlamətləri olur. 
Postkompression dövrün əvvəllərində xəstə əksər hallarda özünü kafi hiss edir, əgər sınıq və 
çıxıqları yoxsa, hadisə yerindən özü gedir, hətta tibbi yardımdan belə imtina edir. Lakin bu yalançı, 
aldadıcı müddət bir neçə saat davam edir, bir neçə saatdan sonra isə xəstəliyin obyektiv əlamətləri 
meydana çıxır, xəsarətə məruz qalmış şəxsin vəziyyəti kəskin ağırlaşır, xəstə üşüdür, nəbzi tezləşir, 
arterial təzyiq enir, kollaps və hətta ölüm baş verir. 
Postkompression dövrün klinik gedişində 3 mərhələ ayırd edilir: erkən (ilk 1-3 gün), aralıq (4-18 
sutka) və uzaq mərhələ (xəsarətdən 3-4 həftə sonra başlayır və 1-2 ay davam edir). 
İlkin mərhələnin (ilk 1-3 sutka) - ağırlığı sıxılmanın müddəti və intoksikasiyanın dərinliyindən 
asılı olur, zərərçəkənin huşu aydın olur, ümumi zəiflikdən sıxılmaya məruz qalmış nahiyədəki 
ağırlıqdan, ürəkbulanma və yanğı hissindən şikayətlənir. Sıxılmaya məruz qalmış ətrafın dərisi solğun, 
boz rəngdə olub, barmaqlar və dırnaqlar sianozludur, ətrafda sıyrıntılar, deformasiya, sıxılma yerində 
göyümtül ləkələr və sahələr qeyd edilir. Zədələnmiş ətraf arteriyalarında nəbz ayırd edilmir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin