Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 92
MÖVZU 45 Sosial fəlakətlər Zəlzələlər, vulkan püskürmələri, daşqınlar, tufanlar, qar uçqunları və digər təbii fəlakətlərlə
yanaşı sosial fəlakətlər də mövcuddur.
Sosial fəlakətlər aşağıdakı kimi təsnif olunur: 1. Epidemiyalar
2. Müharibələr
3. Aclıq
4. Terrorizm
5. İctimai asayiş pozğunluqları
Epidemiyalar yoluxucu xəstəliklərin sürətli və geniş yayılaraq böyük əraziləri əhatə etməsi
nəticəsində baş verir. Epidemiyanın yayılması üçün əlverişli şərait olduqda o digər rayonları da əhatə
edir. İmmunizasiya üçün vasitələr olmadıqda, əhalinin miqrasiyası və sıx toplanması, yerli
antisanitariya şəraiti və əsasən də təbii fəlakətlər, müharibə və aclıq kimi sosial faktorlar
epidemiyaların inkişafına gətirib çıxarır. Dünyada müharibələr insanlar tərəfindən törədilən ən dəhşətli
fəlakətdir. Müharibələr nəticəsində kütləvi insan təlafatı, eləcə də müxtəlif ―yatmış‖ infeksiyaların,
epidemiyaların oyanması üçün şərait yaranır.
II Dünya müharibəsinin dəhşətləri hələ indi də yaddaşlardan silinmir. İndi isə daha çox dağıntı,
insan tələfatına səbəb olan kütləvi qırğın silahları (biloji, nüvə silahları) mövcuddur. Hələ 1945-ci ildə
ABŞ tərəfindən Naqasaki və Xirosimo adalarına atılan nüvə silahının törətdiyi dəhşətləri bu gün də
yenidoğulan körpələr yaşayır. Belə ki, müharibələrin törətdiyi acınacaqlı vəziyyət müharibə bitdikdən
sonra da uzun illər davam edir. Dağıdılmış ərazilərdə işçi qüvvəsinin çatışmaması, əkin sahələrinin,
heyvandarlığın, meşələrin, çayların yararsız hala düşməsi, sakinlərin kütləvi aclıqla qarşılaşmasına
səbəb olur. Əhalinin lazımi səviyyədə qidalanmaması müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
Azərbaycanın 20% torpaqlarının üzdən iraq qonşularımızın işğalı altında olması bu günün
acınacaqlı faktıdır. Elan olunmamış müharibə nəticəsində nə qədər dinc əhali – körpə uşaqlar, qadınlar,
yaşlılar, gənclər itirildi. Bu da böyük sosial fəlakətdir.
Evsiz – eşiksiz, lakin sağ qalan sakinlər isə çadır şəhərciyində ağır vəziyyətdə yaşayır. Bu bütün
Azərbaycan xalqının fəlakətidir.
XX əsrin dəhşətli bəlalarından biri də terrorizmdir. Terror da bilavasitə dinc əhalinin məhvinə
yönəldilən qisas vasitəsidir. ABŞ-da törədilən (2001-ci il 11 sentyabr) terror aktı ABŞ-ın ticarət
binalarının tam dağılması və minlərlə əhalinin ölümünə səbəb oldu. Dünyanın ―güc‖ ölkəsi bu
fəlakətdə öz ölkəsinin vətəndaşlarına demək olar ki, heç bir yardım göstərə bilmədi.
Azərbaycan Respublikası da erməni terrorçularının törətdikləri belə aksiyalardan dəfələrlə
əziyyət çəkib. Qarakənd səmasında vertolyotun vurulması, Ermənistanda zəlzələ zamanı kömək üçün
gedən təyyarənin partladılması, metronun Ulduz, Nərimanov, 20 Yanvar stansiyalarında törədilən
terror aktları buna misaldır. Piketlərin, mitinqlərin keçirilməsi zamanı ictimai asayiş pozğunluqları baş
verə bilər. Bu zaman toqquşma olduqda əhali arasında zədələnmə müşahidə olunur.
Yuxarıda göstərilən sosial fəlakətlər insanların sağlamlığına mənfi təsir göstərir. Fəlakətin
formasından asılı olaraq həmin şəxslərə yardım göstərilir.
Epidemiyalar zamanı infeksiyanın növündən asılı olaraq müalicə və profilaktik tədbirlər görülür.
İnfeksiyanın yayılmaması üçün peyvəndlər aparılır. Hissəvi və tam sanitar təmizliyin və dezinfeksiya
işlərinin aparılması məcburidir.
İnsanların kütləvi keçirdiyi aclıq aksiyası da sosial fəlakətdir. Son vaxtlar belə aksiyalara tez-tez
rast gəlinir. Belə hallarda tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Aclıq zamanı insan
orqanizminin müqaviməti aşağı düşür. Bu da xəstəliklərin baş qaldırması üçün şərait yaradır. Bu
zaman xəstələrin qan təzyiqi ölçülür, qanəvəzedicilər, 5% qlükoza məhlulu, parenteral qidalar venaya
yeridilir. Bu xəstələrə birdən – birə ağır həzm olunan yeməklər vermək olmaz.
Ümumiyyətlə, bir sıra sosial fəlakətlərin qarşısını insanlar özləri ala bilərlər. Bu onların
vətəndaşlıq borcudur.