Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə113/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
89
MÖVZU 43 
 
Xüsusi təhlükəli infeksiyalar. İlk tibbi yardım 
Bakterioloji silah kütləvi qırğın silahlarının bir növüdür. Bu silahlar insanların, heyvanların və 
bitkilərin arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına və zəhərlənməsinə səbəb ola bilər. 
Bakterioloji silaha xüsusi təhlükəli infeksiyalar aiddir. Bu təhlükəli infeksiyalara vəba, taun, sibir 
yarası, tulyaremiya aiddir. 
Vəba
-törədicisi vəba vibrionlarıdır. Yoluxma mənbəyi xəstə insan və ya vibrion gəzdirən 
adamlardır. Yoluxma su, təmas-məişət, qida və nəcis vasitəsilə də olur. İnkubasiya dövrü 1-6 gündür. 
Fəlakət ərazilərində vəbanın baş verməsi və ya vəba epidemiyasının inkişafı bir sıra xüsusiyyətlərlə 
əlaqədardır.
1. İnfeksiyanın yüksək kontagiozluğu və qısa inkubasion dövrün olması. 
2. Ağır gedişli və yüksək letallıq. 
3. Termiki işlənməmiş su və ərzaq məhsullarının yoluxma ehtimalı. 
4. Ərazinin sanitar-epidemioloji vəziyyəti və əhalinin maarif mədəniyyətinin səviyyəsi. 
Patogenez: vəba vibrionları insanın orqanizminə yoluxmuş su və qida ilə daxil olur. Vəba 
vibrionları mədədən nazik bağırsağa keçir, orada artıb çoxalır və xolera toksini ifraz edir (xolerogen). 
Möhtəviyyatla və qusuntu kütlələri ilə itirilən mayenin həcmi artır. Susuzlaşma, hipovolemiya, 
metobolitik asidoz, hipoksiya, kəskin böyrək çatışmamazlığı inkişaf edir. Klinik əlaməti birinci 
növbədə ishal, qusmadır. İfrazatlar düyü həlimini xatırladır. Diaqnoz: laborator müayinəyə və 
bakterioloji müayinəyə əsasən qoyulur.
Sibir yarası
- Kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara 
heyvanlardan keçir. Sibir yarası törədicisi orqanizmə müxtəlif yollarla daxil olur: dəridən, 
ağciyərlərdən və selikli qişalardan. Mikrobun daxil olma yerindən asılı olaraq xəstəliyin əsas forması 
var: dəri, ağciyər, bağırsaq. Bağırsaq forma serrozlu, hemorragik, nekrotik iltihabın inkişafı il ə 
xarakterizə olunur. Epidemik ocağın baş verməsi bir sıra xüsusiyyətlərlə əlaqədardır:
1.Törədici sporların xarici mühitə yüksək davamlılığı; 
2.İnsanlar və heyvanların müxtəlif yoluxması; 
3.Xəstələr arasında yüksək letallıq. Sibir yarasında kontagiozluq qeyd olunmayıb. Ətin tam termiki 
işlənməməsində yoluxma baş verə bilər. Diaqnoz: laborator müayinəyə əsasən qoyulur. Dəri 
formasında yara möhtəviyyatından, ağciyər formasında bəlğəmdən mikroskopik müayinə aparılır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin