Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə105/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Aqonal dövr 
- (canvermə dövrü) – arefleksiya,dərinin kəskin avazıması, tənəffüs hərəkətləri 
çox zəif, əsasən köməkçi əzələlərinin iştirakı ilə baş verir. Nəbzi çox zəif olur. A/T təyin edilmir. 
Klinik ölüm 
– ürəyin tənəffüsün fəaliyyəti dayanır. Ətrafa sinir sisteminin reaksiyası itir. Bu 
mərhələ bir neçə dəqiqə davam edir. Bu hal 5-6 dəqiqədən daha uzun müddət də ola bilər. Sonra beyin 
qabığında proseslər baş verir klinik ölüm bioloji ölümə keçir. 
Bioloji ölümün əlamətləri: İri arteriyaların boşalması, işığa qarşı reaksiyanın olması, buynuzlu 
qişanın bulanması və refleksin olmaması, qeyri- ixtiyari sidik və nəcis ifrazı, ölüm ləkələrinin əmələ 
gəlməsi. 
Terminal vəziyyətlərin müalicə kompleksinə reanimasiya tədbirləri deyilir: 
Reanimasiya tədbirlərinin dərhal aparılması bioloji ölümün qarşısını ala bilər. Müşahidə olunan 
həyat əlamətləri bunlardır: 
1. Ağrıya qeyri-iradi reaksiya. 
2. Aretriyaların üzərində nəbzin əllənməsi – yuxu arteriyası, bud arteriyası.
3. Tənəffüsün olması – döş qəfəsinin və qarının hərəkəti əsasında qoyulur. 
4. Bəbəklərin işığa qarşı reaksiyasının olması gözün birinin önünə əli tutub, bir qədər saxlayıb 
qəflətən çəkirik – bu zaman bəbəkləri daralır. 
5. Buynuz qışasının refleksinin olması (əl vuranda göz qırpılır). Bütün bunlar ölümün şübhəli 
əlamətləri adlanır və təxirəsalınmaz reaksiya tədbirlərinin aparılmasını tələb edilir. 
Bunların əsasını Safar qaydası təşkil edir. 
1. Tənəffüs yollarının keçiriciliyinin bərpası; 
2. Ağ ciyərlərin süni ventilyasiyası; 
3. Ürəyin qapalı massajı. 
Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası – Zədələnəni arxası üstə uzadır, yardım 
göstərən şəxs bir əlini xəstənin boynunun altına keçirib onu bir qədər qaldırıb arxaya əyir. Digər əlini 
xəstənin alnına qoyaraq başı arxaya doğru itələyir, ağız açıldıqdan sonra xəsarət alanın ağız boşluğuna 
üzərinə dəsmal sarınmış şəhadət barmağı salınaraq qusuntu kütlələrindən yad cisimlərdən təmizlənir, 
qatlanmış dil düzəldilir. Bundan sonra ağ ciyərlərin ventilyasiyası məqsədi ilə süni tənəffüs vermə 
aparılır. İki növü var – "ağızdan ağıza", "ağızdan buruna". Xilasedici bir əlini xəsarət almışın 
boynunun altına, digərini isə alnına qoyur və iki barmağı ilə burnunu tutur ki, hava itkisi olmasın. 
Ağzını zədələnənin ağzına, dəsmal ilə örtdükdən sonra möhkəm yapışdırır və ağ ciyərlərinə nəfəs 
verir. Sonra zədələnənin nəfəs verməsini izləyir. Mütləq döş qəfəsi hərəkətlərinə nəzarət etməsi 
lazımdır. Nəfəs alma zamanı döş genəlib, nəfəs vermə zamanı daralmalıdır. Əgər qarın hərəkət edirsə 
deməli hava mədəyə dolur, bunun qarşısını almaq üçün nəfəs vermə zamanı əli sol qabırğaaltı 
nahiyəyə qoyub bir az basmaq lazımdır. "Ağızdan buruna" üsulundan xəsarətalmışın ağzını açmaq 
mümkün olmadıqda istifadə edirlər. (Çənə sümüyünün sınığı). Bu zaman bir əl ilə çənəni tutub
ağızdan buruna nəfəs verirlər və döş qəfəsi hərəkətlərinə nəzarət edirlər. Əgər qeyd olunan üsullar 
müsbət nəticə vermirsə, həkim tərəfindən traxeyanın intubasiyası aparılır. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin