Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 80
MÖVZU 39 Donmalar, dərəcələri. Daban xəstəliyi. İlk tibbi yardım Soyuğun toxumalara uzun müddətli təsirindən əmələ gələn patoloji dəyişikliklərə donmalar
deyilir. Donmalar ümumi və yerli olmaqla iki yerə bölünür:
Ümumi donma -
Soyuğun təsirindən termoregulyasiyanın adaptasion mexanizminin sıradan
çıxması nəticəsində orqanizmin əsas fizioloji sistemlərinin funksiyası kəskin sürətdə pozulur. İnsana
soyuq təsir etdikdə ilkin olaraq kompensator mexanizmlər işə düşür – periferik damarların spazmı,
tənəffüsün dəyişməsi, taxikardiya, maddələr mübadiləsinin sürətlənməsi, qanın orqanizmdə qeyri-
bərabər bölünməsi gedir. Lakin hipotermiya dərinləşdikcə kompensator mexanizmlər sıradan çıxır və
dekompensasiya fazasında mərkəzi sinir sisteminin funksiyası kəskin enir, ürək fəaliyyəti və tənəffüs
zəifləyir. Ümumi donmanın gedişində üç mərhələ ayırd edilir:
Yüngül formalı ümumi donmada – adinamik mərhələdə bədən temperaturu 35-33°C-ə
qədər düşür və xəstədə bir sıra əlamətlər meydana çıxır: titrəmə, dərinin avazıması, qaz dərisinin əmələ
gəlməsi, huşun bir qədər tormozlanması və bradikardiya.
Orta ağırlıqlı formalı donmalarda – stuporoz mərhələdə bədən temperaturu 29-27°C-ə
qədər enir. Xəstənin huşu kəskin sürətdə pozulur, xəstə keyləşir, kəskin yuxululuq halı baş verir.
Adinamiya artır, stupor fonunda titrəmə olur. Dəri soyuq olub, kəskin avazıyır, yaxud göyümtül rəngə
çalır. Tənəffüsün sayı azalır (bir dəqiqədə 8-12), arterial təzyiq enir və kəskin bradikardiya (nəbzin
sayı bir dəqiqədə-52-32 olur) meydana çıxır. Beyin qan dövranının kəskin pozulması nəticəsində
xəstədə görmə ilğımları meydana çıxır.
Ağır formalı dənmalarda – qıcolma mərhələsində bədən temperaturu 25-22°C-ə qədər
düşür. Huş itir, əzələ gərinliyi və çeynəmə əzələlərinin isə qıcolması (trizm) meydana çıxır. Bəbəklər
daralır, qusma, qeyri-iradi sidik ifrazı, qıcolmalar olur. Xəstədə arterial təzyiq kəskin enir, yaxud təyin
edilmir, tənəffüs səthi və seyrək (bir dəq-də 3-4-ə qədər), nəbzin sayı bir dəq-də 34-32-dək azalır. Qan
dövranı və tənəffüsün dayanması nəticəsində ölüm baş verir.