Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə97/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Erektil mərhələsipsixomotor oyanma olur, xəstə həyəcanlı, gərgindir, qışqırır, mənasız 
hərəkətlər edir, ona yardım etməyə imkan vermir. Xəstədə ağrıya qarşı reaksiya kəskin artır, baxışı 
narahatdır, səsi bir qədər korlanmış, nitqi fasiləlidir. Dəri və gözlə görünən selikli qişaları avazıyıb, tər 
ifrazı artır. A/T normal ya da bir qədər yüksəlmişdir. Bu mərhələdə maddələr mübadiləsi sürətlənir, 
tənəffüs sayı artır. Qanda adrenalinin çoxalması və damarların spazmı endokrin sistemin fəaliyyətinin 
yüksəlməsinə səbəb olur. Erektil mərhələ şox qısa müddətli olur (5-10 dəq) və təbii təxliyyə zamanı 
nadir hallarda müşahidə edilir. 
Torpid mərhələ - bir neçə dəqiqədən bir neçə saata qədər davam edir. Tormozlanma mərhələdə 
sinir sisteminin, ürək fəaliyyətinin, ağciyər, qaraciyər, böyrəklərin funksiyası kəskin enir. Hipoksiya, 
mikrosirkulyasiyasının pozulması hemostazda dərin dəyişiklər baş verir. Nəticədə qanda toksik 
maddələrin miqdarı artır. A/T enir (sistolik təzyiq 60-70 mm C.S.), nəbz tezləşir (taxikardiya dəq 140 
çox), huş itir, ətraflar soyuyur. Torpid mərhələnin gedişatında ―zaman faktoru‖ mühüm rol oynayır. Nə 
qədər yardım tez göstərilərsə bir o qədər yaralını vəziyyətdən çıxartmaq şansı artır və əksinə nə qədər 
torpid mərhələ olarsa bir o qədər geridönməz proseslər tez baş verir və zədələnən terminal hala düşür. 
Klinik travmatik şok 3 dərəcəli ağırlıqda olur. 
I yüngül 
II orta ağır 
III ağır 
I və II dərəcəli şok kompensə olunmuş saylır. III dərəcədə 1,5 və 2 saat ərzində yenidən yardım 
göstərilməzsə proses geridönməz olur. 
Travmatik şokun xüsusiyyətləri tələb edir ki, yardım zədə ocağında təxirəsalınmadan göstərilsin. 
Zədənin növünü müəyyənləşdirmək və adekvat müalicə aparmaq letallığı azaldır. 
İlk tibbi yardım 
1. Tənəffüsün bərpası; 
2. Xarici qanaxmanın dayandırılması; 
3. Ağrı faktorunun qarşısını almaq fərdi aptekçədan ağrı kəsici vurmaq (2% promedel şpris tübikdə); 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin