Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə103/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
81
II dərəcəli donmanın 
– xarakterik ödemləşmiş, göyümtül, yaxud qonur-qırmızı rəngli dəridə 
epidermisin nekrozu səbəbindən içərisi şəffaf maye ilə dolu suluqların əmələ gəlməsidir. Sağalma 
prosesləri 2-3 həftə çəkir. 1-ci və 2-ci dərəcəli donmalar səthi donmalar adlanır.
III dərəcəli donma 
– zamanı nerkoz prosesi dərini, dərialtı təbəqəni əhatə edir və reaktivlik 
dövrünün əvvəlində içi hemorragik maye ilə dolu suluqlar meydana çıxır. Ölmüş toxumalar qopub 
düşdükdən sonra, qranulyasiya edən yara səthi əmələ gəlir. Yaranın sağalması 3-4 həftədən 2-3 aya 
qədər uzanır. 
IV dərəcəli donma 
– zamanı nəinki bütün yumşaq toxumaların hətta sümüklərin belə 
nekrozu baş verir. Reaktivlik dövründə dəri göyümtül rəng alır, içərisi hemorragik maye ilə dolu 
suluqlar əmələ gəlir. Epidermis asanlıqla qopur, tünd-qırmızı rəngli yaranın dibi görünür. Ödem 
getdikcə artır. 14-21-ci gün sağlam və ölmüş toxumalar arasında sərhəd xətti-demarkasion xətt əmələ 
gəir. Ölü toxumaların sərbəst qopub düşməsi aylarla uzanır, əksər hallarda irinli infeksiya ilə ağırlaşır 
(yaş qanqrena, flegmona, osteomielit və s.) və ətraflarda güdüyün əmələ gəlməsi ilə qurtarır. 
Dərin donmalarda yerli patoloji dəyişikliyə məruz qalmış nahiyədə 4 zona ayırd edilir: 
1. Total nekroz zonası; 
2. Geridönməz degenerativ dəyişiklər zonası; 
3. Geridönən degenerativ dəyişiklər zonası; 
4. Patoloji proseslərin artma zonası (nevritlər, osteoporoz, endarteritlər və s.) 
DABAN xəstəliyi 
Daban xəstəliyi (quru qanqrena,səngər xəstəliyi) müharibə dövründə əsgərlər uzun müddət (3-5 
sutkadan çox) rütubətli səngərdə, qazmada, yaş qarın üzərində qaldıqda baş verir. 
İmersion daban donması
İmersion daban donması soyuq suda qalan ətrafın intensiv 
olaraq soyuması nəticəsində baş verir. İlkin olaraq barmaqların keyləşməsi və hərəkətlərinin 
çətinləşməsi, baldır əzələlərinin qıcolması, ətrafların distal hissələrinin ödemi inkişaf edir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin