Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
82
MÖVZU 40
Terminal vəziyyətlər. Göstərilən ilk tibbi yardım
Asfiksiya,
massiv qanitirmə, şok və s. bu kimi hallardan sonra insanlarda terminal vəziyyət baş
verir.
Həyatın ölümə keçid mərhələsinə
terminal vəziyyət deyilir. 3 mərhələdən ibarətdir.
Predaqonal dövr
– M.S.S fəaliyyətin pozulması dərinləşir. Orqanizmin müdafiə funksiyaları
nəticəsində nəbz tezləşir, tənəffüsün sayı çoxalır. Qısa bir müddətdə xəstə koma halına düşür: huş itir,
klonik və tonik qıcolmalar müşahidə olunur, patoloji reflekslər əmələ gəlir, bəbəklər genəlir, işığa
qarşı reaksiyası itir. Qan-damar sisteminin fəaliyyəti enir patoloji tənəffüs müşahidə olunur (Ceyn-
Stoks, Kusmaul) – bunlar hamısı beyin qabığının fəaliyyətinin sönməsini göstərir.
Dostları ilə paylaş: