Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Hemopoezin normallaşmasından bərpa dövrü başlanır



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə62/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Hemopoezin normallaşmasından bərpa dövrü başlanır. Aqranulositozdan çıxma 1-3 gün 
ərzində baş verir. Sümük iliyinin funksiyasının bərpası ilə bədən hərarəti normallaşır, xəstənin əhvalı 
yaxşılaşır, qanaxmaların itməsi baş verir. Reabilitasiya dövrü şüalanmanın dərəcəsindən və xəstəliyin 
gedişatından asılıdır. Bəzən uzun illər asteno-vegetativ və başqa nevroloji sindromlar, katarakta
leykozlar, pis xassəli törəmələr biruzə verir. 
Qeyri-bərabər şüalanma zamanı baş verən kəskin şüa xəstəliyi. 
Qeyri-bərabər şüalanmada sümük iliyinin az şüalanmış hissəsinin saxlanması nəticəsində KŞX-
nin gediş dövrlərində hamarlaşma baş verir. Qranulositlərin və trombositlərin miqdarının azalması zəif 
olur. Amma ayrı orqan və sistemlərin zədələnmə əlamətləri ön plana çıxır. Bədənin yarasının və 
yarıdan az hissəsinin 6-8 Qr və daha çox dozada şüalanmaya məruz qalması belə həyat üçün təhlükə 
yaratmır. Baş və boyun nahiyyələrinin şüalanması zamanı ilkin reaksiyalar dövrünə məxsus 
simptomlar daha güclü olur : qusma, başağrıları, üzün hiperemiyası, hipertermiya və s. 5 qr dozadan 
çox şüalanmada orofaringial sindrom inkişaf edir: ağız və yuxarı tənəffüs yollarının zədələnməsi 
nəticəsində ödemin və erroziyaların əmələ gəlməsi, tüpürcək ifrazının və udma aktının pozulması. 
Sinə nahiyyəsinin şüalanması zamanı ilkin reaksiyalar zəif olur, lakin ürək nahiyyəsində ağrılar, 
ritmin pozulması, EKQ-də dəyişikliklər müşahidə olunur. 
Ətrafların şüalanması xəstəliyin klinik gedişinə əsasən yerli şüalanmanın ağırlığından asılıdır. 
Ən ağır gedişat qarın nahiyyəsinin şüalanması zamanı qeydə alınır. 3-5 Qr şüalanmada belə şüa enteriti 
inkişaf edir ki, bu da qarın işləməsi, sıyığabənzər stul, bədən hərarətinin qalxması ilə özünü göstərir. 
Daha çox dozalarla şüalanmada klinik əlamətlər daha kəskin olur, şüa ezofagiti və qastiriti 
qoşulur; 3-4 aydan sonra şüa hepatiti inkişaf edir, bu da zəif sarılıqla və hiperfermenteniya ilə müşaiyət 
olunur. 
Qeyri-bərabər kəskin şüa xəstəliyinin ağırlaşmasına səbəb şüa qəzalarında və fəlakətlərdə daxilə 
nüvə bölünməsi məhsullarının düşməsi ola bilər. Sezium, rubidium bədəndə bərabər paylaşır; yod – 
qalxanabənzər vəzidə, stronsium, barium- sümüklərdə , böyrəklərdə - uran, polonium toplanır. 
Orqanizmdə ümumi dəyişikliklərlə bərabər, yerli dəyişikliklər də baş verir : konyuktivitlər, bronxitlər, 
bronxopnevmoniyalar. 
Əlavə - Şüalanmaya xas olan zədələnmələrdən biri də şüa yanıqlarıdır. KŞX-nin əlamətləri 
olmadan da inkişaf edə bilər. Şüa yanıqlarının klinikasında ilkin eritema, latent (gizli) , çiçəklənmə və 
bərpa dövrləri ayırd olunur. Dərinin nekrotik, əsasən də dərin zədələnmələri, uzun müddətdə sağalır və 
ya sağalmadan xroniki şüa xoralarına keçir. Yayılmış şüa yanıqları KŞX-nin gedişini ağırlaşdırır və 
çox vaxt ölümə səbəb olur. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin