Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Yanğın-partlayış təhlükəli obyektlərdə qəzaların əsas zədələyici amilləri bunlardır



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə71/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Yanğın-partlayış təhlükəli obyektlərdə qəzaların əsas zədələyici amilləri bunlardır: 
1. hava zərbə dalğası; 
2. qəlpəli sahələr (texnoloji ləvazimatın uçan qəlpələrindən yaranan);
3. yanğınların istilik şüalanması; 
4. fəlakətlər nəticəsində əmələ gələn zəhərli maddələr (kimyəvi zavodlar);
Yanğın və partlayışlar zamanı əhali arasında yüzlərlə, hətta mindən çox insan itkisi baş verə bilər. 
İtkinin sayını təyin edən əsas səbəblər bunlardır: 
1. yanğının böyüklüyü və ya partlayışın gücü; 
2. yaşayış məntəqələrində tikililərin xarakteri, sıxlığı. 
3. binalar və qurğuların alova davamlılığı; 
4. metereoloji amillər (küləyin sürəti, yağış və s); 
5. sutkanın vaxtı; 
6. zədələyici amillərin təsir dairəsində əhalinin sıxlığı; 
Qapalı yerlərdə kütləvi insan yığınında (teatrlar, mehmanxana ) yanğınlar zamanı çoxlu itki ola 
bilər. Məs: sirkin ərazisində yanğın zamanı (Braziliya, 1961) 1900 nəfər zərərçəkmişdən 800 nəfəri 
tələf olmuşdu. Qapalı yerlərdə (şaxtalar, sənaye binaları) partlayış zamanı oradakı bütün insanlarda 
yanıqlar müşahidə olunur. Belə ki, onların yarısında yanıq sahəsi bədən səthindən 20-60% qədər 
sahəni, qalanlarında isə daha çox sahəni təşkil edir. Dəri örtüklərinin termiki zədələnmələri 25%-də 
yuxarı tənəffüs yollarının yanığı ilə, 12%-də mexaniki zədələnmələr ilə müşahidə olunur. Bundan 
əlavə zərərçəkənlərin 60%-də yanma məhsullarından zəhərlənmə mümkündür. 
Bütün bu qeydlər onu göstərir ki, qapalı yerlərdə partlayış və yanğınlar zamanı demək olar ki, 
bütün zərərçəkənlərdə bu qəzalara xarakter olan müxtəlif şəkilli qarışıq zədələnmələr müşahidə olunur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
56
MÖVZU 25
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin