Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Zəhərlənmə ocağından kənar ilk tibbi və həkiməqədər yardım



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə67/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Zəhərlənmə ocağından kənar ilk tibbi və həkiməqədər yardım: 
1. əleyhqaz və çirklənmiş paltarlar çıxarılır; 
2. sakitliyi təmin etmək, isindirmək ; 
3. süni tənəffüs; 
4. ürək fəaliyyəti zəifləyibsə dəri altına 1 -2 ml kordiamin yeritmək; 
5. növbəti mərhələyə təcili təxliyyə.
Karbon oksidi
- (dəm qazı ) iysiz və rəngsiz qazdır. Az dozaların təsiri altında ləng forma baş 
verir - başgicəllənmə, baş ağrıları, gicgahlarda pulsasiya, qulaqlarda küy, əzələ zəifliyi, hərəkətlərin 
kordinasiyasının pozulması, ürəkbulanma, qusma. Nəbz və tənəffüs tezləşir. Eşitmə və görmə pozulur, 
hallyüsinasiyalar baş verir. 
Zəhərin təsiri davam edərsə, xəstə komaya düşür, ürək və tənəffüsün fəaliyyətinin dayanması 
nəticəsində ölüm baş verir. Yüksək dozalı konsentrasiyaların nəticəsində ildırımvari forma inkişaf edir. 
İlk tibbi yardım: 
1. zərərçəkən zəhərlənmə ocağından çıxarılır; 
2. əleyhqazdan istifadə olunur; 
Zəhərlənmə ocağından kənar həkiməqədər yardım: 
1. əleyhqazı çıxarmaq ; 
2. sıxıcı geyimdən azad edib isindirmək ; 
3. oksigen inhalyasiyası ; 
4. ürək fəaliyyəti zəifləyibsə l ml kordiamin, yaxud 10% l,ml kofein- benzoat- natrii məhlulu dəri 
altına yeridilir . 
Boğucu və ümumi zəhərləyici təsirli maddələr 
Bu qrupa aiddir: akrilonitrit, hidrogen sulfat. Bu maddələr inhalyasion yolla daxil olduqda 
ağciyərlərin toksiki ödeminə, daxili mühitə düşdükdə isə energetik pozuntulara səbəb olurlar. 
Yüksək dozaların təsiridən tənəffüs və damar mərkəzlərinin iflici nəticəsində ölüm baş verir. 
İlk yardım: 
1. gözləri və üzün dərisini su ilə yumaq ; 
2. əleyhqaz və ya 2-3% soda məhlulunda isladılmış tənzif maska geymək ;
3. ümumi zəhərlənmə simptomları büruzə verərsə, amilnitritlə nəfəsalma ; 
4. dərinin açıq yerlərinin su ilə yumaq . 
Sonra: 
1. əleyhqazı çıxarmaq ; 
2. amilnitritlə təkrar nəfəsalma ;
3. gözləri 2% soda məhlulu ilə yumaq ;
4. oksigen inhalyasiyası ; 
5. ağ ciyərlərin süni ventilyasiyası ;
6. xərəklərlə növbəti mərhələyə təxliyyə. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin