Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
59
MÖVZU 27
Bakterioloji ocağın lokalizasiyası və ləğv olunması
Bakterioloji silah ocağının lokalozasiyası və ləğv olunması təkcə FHN tibb xidmətinin deyil,
eyni zamanda digər xidmətlərin də, qüvvə və vəsaitlərinin cəlb olunması ilə həyata keçirilir. Bütün
tədbirlərə rayon və ya şəhər üzrə FH komissiyasının sədri rəhbərlik edir. Bu məqsədlə qərərgah
yaradılır və ocaq ləğv olunana qədər sutka ərzində növbətçilik qrafiki tərtib olunur. Qərargah rəisi
ocağın ləğvi üçün plan tərtib edir və onu rayon və ya şəhər rəhbərliyi ilə razılaşdırılır. Qərargahın
tərkibinə sanitar – epidemioloji, müalicə - profilaktika, elmi müəssisələr və digər xidmətlərin
nümayəndələri daxildir. Qərargah öz işinə ilk növbədə ərazidə ümumi kəşfiyyatlar başlayır.
Müşahidə postları qurulur, laborator nəzarət gücləndirilir. Radiasion və kimyəvi kəşfiyyat
xidmətinin cihazlarının göstərişləri əsasında, ZM və RM maddələrin hava və ətraf mühitdə olub
olmaması dəqiqləşdirilir.
Ərazidə gəmiricilərin daha çox görünməsi, hətta onların cəsədlərinin müşahidə olunması, günün
isti vaxtı bitkilərin, tikintilərin və maşınların üstündə şehin olması bakterioloji silahın tətbiq olunması
faktını təsdiq edir.
Dostları ilə paylaş: