Zəhərlənmə ocağından kənar ilk tibbi və həkiməqədər yardım: 1. əleyhqaz və çirklənmiş paltarlar çıxarılır;
2. sakitliyi təmin etmək, isindirmək ;
3. süni tənəffüs;
4. ürək fəaliyyəti zəifləyibsə dəri altına 1 -2 ml kordiamin yeritmək;
5. növbəti mərhələyə təcili təxliyyə.
Karbon oksidi - (dəm qazı ) iysiz və rəngsiz qazdır. Az dozaların təsiri altında ləng forma baş
verir - başgicəllənmə, baş ağrıları, gicgahlarda pulsasiya, qulaqlarda küy, əzələ zəifliyi, hərəkətlərin
kordinasiyasının pozulması, ürəkbulanma, qusma. Nəbz və tənəffüs tezləşir. Eşitmə və görmə pozulur,
hallyüsinasiyalar baş verir.
Zəhərin təsiri davam edərsə, xəstə komaya düşür, ürək və tənəffüsün fəaliyyətinin dayanması
nəticəsində ölüm baş verir. Yüksək dozalı konsentrasiyaların nəticəsində ildırımvari forma inkişaf edir.
İlk tibbi yardım: 1. zərərçəkən zəhərlənmə ocağından çıxarılır;
2. əleyhqazdan istifadə olunur;
Zəhərlənmə ocağından kənar həkiməqədər yardım: 1. əleyhqazı çıxarmaq ;
2. sıxıcı geyimdən azad edib isindirmək ;
3. oksigen inhalyasiyası ;
4. ürək fəaliyyəti zəifləyibsə l ml kordiamin, yaxud 10% l,ml kofein- benzoat- natrii məhlulu dəri
altına yeridilir .
Boğucu və ümumi zəhərləyici təsirli maddələr Bu qrupa aiddir: akrilonitrit, hidrogen sulfat. Bu maddələr inhalyasion yolla daxil olduqda
ağciyərlərin toksiki ödeminə, daxili mühitə düşdükdə isə energetik pozuntulara səbəb olurlar.
Yüksək dozaların təsiridən tənəffüs və damar mərkəzlərinin iflici nəticəsində ölüm baş verir.
İlk yardım: 1. gözləri və üzün dərisini su ilə yumaq ;
2. əleyhqaz və ya 2-3% soda məhlulunda isladılmış tənzif maska geymək ;
3. ümumi zəhərlənmə simptomları büruzə verərsə, amilnitritlə nəfəsalma ;
4. dərinin açıq yerlərinin su ilə yumaq .
Sonra: 1. əleyhqazı çıxarmaq ;
2. amilnitritlə təkrar nəfəsalma ;
3. gözləri 2% soda məhlulu ilə yumaq ;
4. oksigen inhalyasiyası ;
5. ağ ciyərlərin süni ventilyasiyası ;
6. xərəklərlə növbəti mərhələyə təxliyyə.