Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə70/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
55
Bir sıra yanacaqlar, əsasən də karbohidrat sırası yanacaqlar (asetilen, butan, metan, propan, etan, 
etilen) qaz şəklində yüksək yanğın-partlayış təhlükəli yanacaq-havalı qatışıqlar əmələ gətirir. Yanacaq-
havalı qatışıqların (kerosin, protilenoksid) partlayışı zamanı ayrılan enerji adi partlayıcı maddələrin 
partlayışından yaranan enerjidən çox olur. Bu zaman zərbə dalğasının təsir radiusu trinitrotoluoldakı 
göstəricidən 2,5 dəfə çox olur. 
Yanğın insanların həyatı və sağlamlığına təhlükə törədən idarəolunmaz yanma prosesisidir. 
Fövqəladə hallar arasında baş vermə tezliyinə görə antropogen mənşəli yanıqlar demək olar ki, birinci 
yeri tutur. İri sənaye müəssisələrində və yaşayış məntəqələrində baş verən yanğınlar qapalı və kütləvi 
ola bilər. Qapalı yanğınlar - izolə olunmuş binalarda, tikililərdə, qurğularda olan yanğınlardır. 25%-
dən çox binalarda olan qapalı yanğınların cəmi kütləvi yanğınlar adlanır. Yaşayış məntəqəsində 
yanğının yayılmasına binanın yanğına davamlılıq dərəcəsi, metereoloji şərait, yerin xarakteri, əsasən 
də binalararası məsafə təsir edir. Məs: binalararası məsafə 90 m və daha çox olduqda yanğın yayılması 
sıfra, 30 m olduqda 13%, 15 m - 50% bərabər olur. Taxta tikilili yaşayış məntəqələrində güclü küləkdə 
30-40 dəq sonra ayrı ocaqlardan qarışıq yanğın sahələri əmələ gəlir. Daş binalı yaşayış məntəqələrində 
yanğının inkişafı zəif olur. Yanğının inkişafına kömək edən amillər davamlı yanğın növünün əmələ 
gəlməsinə səbəb olur və odlu-burulğanlı yanğın adlanır. Bu güclü qızmış qazların qalxan axını və 
periferiyadan yüksək sürətli (50-100 km/saat) hava kütlələrinin axını ilə xarakterizə olunur. Belə külək 
zamanı binalar dağılır, ağaclar kökündən çıxır, hətta qapalı yanğınlar zamanı yanma ərazisində hərarət 
100 dərəcəyə qədər ola bilir. Məhdud hava axınlı yerlərdə (anbar, zirzəmi) hərarət 120 dərəcəyə qədər 
artır, yanma məhsullarının konsentrasiyası toksiki həddə çatır. Yaxşı ventilyasiyalı binalarda yanğın 
zamanı tüstü və karbon qazının qatılığı insan üçün ciddi təhlükə törətmir. 
Neftçıxarma sənayesi obyektlərində qəzalar zamanı çıxan neft və ya qaz fəvvarəsi alovlanma 
zamanı alov axınını neft borularına, neft saxlanan yerlərə, yaşayış tıkililərinə, meşə massivlərinə ötürə 
bilər. Yanan fontanın alovu yüksək hündürlüyə qalxır. Yanma ərazisindəki hərarət metal qurğuların 
əriməsi həddinə qədər çata bilər. Sənaye qəzaları zamanı baş verən yanğınlar binaların və qurğuların 
dağılmasına, sənaye və digər materiallar, qiymətli ləvazimatların məhvinə səbəb olur. Adminstrativ 
binalarda və yaşayış evlərində baş verən yanğınlar (əsasən də plastik kütlələrin və sintetik materialların 
yanmasından) zəhərli tüstünün ayrılması ilə müşaiyət olunur. Yanğın-partlayış təhlükəli obyektlərdə 
güclü partlayış və yanğınlarla müşahidə olunan qəzalar ağır sosial və ekonomik nəticələrə gətirib 
çıxara bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin