Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 53
Neyrotrop təsirli zəhərli maddələr Bu qrupa fosfor tərkibli üzvü birləşmələr, karbonsulfid daxildir. Fosfor tərkibli üzvi
birləşmələrlə yüngül dərəcəli zəhərlənmə zamanı ilk simptomlar - döş nahiyyəsində sıxıntı, görmənin
zəifləməsi, ümumi zəiflik, baş ağrısı və s. 30-60 dəq sonra biruzə verir. Zəhərlənmənin orta ağır
dərəcəsində bu simptomlar daha güclü olur. A\T qalxır, qarında ağrılar, dispeptik əlamətlər baş verir.
Ağır dərəcədə klonik-tonik qıcolmalar fonunda koma və ölüm baş verir
İlk tibbi yardım: 1. gözləri və dərini su ilə yumaq;
2. əleyhqaz, yaxud 2-3% soda məhlulunda isladılmış tənzif maska geymək;
3. antidotdan istifadə etmək (0,1% 1 ml atropin sulfat dəri altına və ya içmək) ;
4. xərəkdə təxliyyə.
Həkiməqədər yardım: 1. əleyhqazı və çirklənmiş paltarları çıxarmaq ;
2. üz və gözləri su ilə yumaq ;
3. sakitlik yaratmaq , isindirmək ;
4. oksigen inhalyasiyası ;
5. gözlərdə ağrı varsa 2% novokain məhlulu damcılatmaq ;
6. ağ ciyərlərin süni ventilyasiyası ;
7. 1,0 ml kordiamin, 1 ml 10% kofein benzoat natrium dəri altına yeritmək ;
8. növbəti mərhələyə təxliyyə.
Boğucu və neyrotrop təsirli zəhərli maddələr Ammonyak - rəngsiz, kəskin iyli qazdır, gözə
düşdükdə görmə qabiliyyəti tam itə bilər. Atmosferdə yüksək konsentrasiyada ammonyak olarsa
insanda gözağrıları, gözlərin sulanması, öskürək, döş sümüyünün arxasında ağrılar və s. ola bilər. Bir
neçə saatdan sonra ağciyərlərin toksiki ödemi olur. Çox yüksək konsentrasiyanın təsiri altında kəskin
ürək çatışmazlığı nəticəsində ölüm baş verir.
İlk yardım və həkiməqədər yardım neyrotrop təsirli maddələrdə olduğu kimidir.
Metobolik zəhərlər Brommetan - efir iyli rəngsiz qazdır. Tənəffüs yolları və dəridən orqanizmə daxil olur.
Yüngül formalarda – başgicələnmə, baş ağrıları, əsmə, qusma, süstlük, anemiya baş verir.
Orta ağır və ağır formalarda qısa gizli dövr müşahidə olunur. Sonra diplofiya, hərarətin
qalxması, halyyüsinasiya, güclü həyəcanlıq, nitq və koordinasiyanın pozulması, ağ ciyər ödemi baş
verir.
Diopsin - kristallik maddədir, kimyəvi və termiki cəhətdən çox davamlıdır, ləng təsir göstərir.
Hətta öldürücü dozalar orqanizmə daxil olduqda, zədələnmənin ilk əlamətləri 5-7 gündən sonra özünü
büruzə verir.
Yüngül dərəcəli zəhərlənmədə baş ağrıları, ürəkbulanma, qusma, gözlərin sulanması başlayır, 1-
2 həftədən sonra göz qapaqlarında, yanaqlarda səpgilər qaşınma olur. Ikincili irinli fəsadlar
mümkündür.
Orta ağırlıqlı zəhərlənmədə yuxarıdakılardan əlavə sağ qabırğaaltı nahiyyədə ağrılar olur,
qaraciyər böyüyür, iştah olmur, ağır dərəcəli zəhərlənmədə depressiya, saçların tökülməsi, nevritlər,
pankreatitlər, pnevmoniya, böyrək çatışmamazlığı əlavə olunur.
İlk tibbi və həkiməqədər yardım neyrotrop təsirli zəhərli maddələrlə zəhərlənmədə olduğu
kimidir.