Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir: 1. Kimyəvi silahın tətbiq olunduğu rayonun böyüklüyü;
2. Buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların
zəhərliliyi;
3. Havanın şaquli dayanıqlıq dərəcəsi;
4. Yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: I və II. Birinci bulud kimyəvi sursatın partlayışı zamanı
əmələ gəlir. Mühafizə olunmayan adamlara, heyvanlara və başqa obyeklərə təsir fəaliyyəti az olur.
Ikinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində
əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində
zədələnmə verir. Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nəzərə almaq lazımdır.
Qiymətləndirmə qaydaları kimyəvi silahın tətbiqi şəraitindən asılı olaraq müxtəlif ola bilər. Lakin
bunu çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:
1. Maddənin növü, təxmin vasitələri, onun tətbiqi üsulları və miqyası təyin edilir;
2. Ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması rayonundan proqnoz metodu ilə
zəhərli hava buludunun təhlükəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonu öyrənilir.
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəxsi heyətini və əhalini xəbərdar etmək
üçün istifadə edirlər. Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların köməyi ilə zəhərləyici
maddələrin növünü öyrənir və zəhərlənmə rayonunun sərhədlərini nişanlayırlar. Bundan sonra
dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi təmizlik aparmaq
üçün bütün tədbirlər görülür.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 51
MÖVZU 23