Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 71
MÖVZU 34 Fövqəladə vəziyyətlərdə tibbi əczaxanın işinin təşkili Səhra şəraitində əczaxanalar çardaqlarda, mühəndis qurğularında, mümkün olanda isə
dağılmamış binalarda yerləşdirilir. Əczaxananın yeri təxliyyənin mərhələsindən asılı olaraq əczaxana
rəisinin təklifilə qurum rəisinin əmri əsasında seçilir.
Adətən əczaxana çeşidləmə - təxliyyə və əməliyyat - sarğı şöbələri arasında açılır. Bu müalicə
şöbələrinin təminatını asanlaşdırır, infuzion məhlullarını sterilezasiyasını, sarğı materialının və cərrahi
çamaşırların sterilezasiyasını aparmaq üçün şərait yaradır. Əczaxananın ərazisi nəqliyyatın daxil
olması mümkün olduğu yerdə seçilir.
Əczaxana açılan əraziyə tələblər. 1. Nəqliyyatın asan daxil olması;
2. Su mənbəyinin yaxınlığı;
3. Ərazinin gizlətmə və müdafiə xüsusiyyətləri (kolluq, təpəlik);
4. Düz quru sahə, su axarının olması.
Əczaxananın açılmasının ardıcıllığı. 1. Avadanlığın avtomobillərdən boşaldılması üçün ərazinin hazırlanması (qardan, zibildən, quru
otlardan təmizlənməsi);
2. Avadanlığın xüsusi meydançaya yerləşdirilməsi;
3. Çadırların açılması üçün ərazinin hazırlanması (təmizləmək, suyun axarı üçün kanalları açmaq);
4. Çadırı açmaq;
5. Təchizatı yerləşdirmək (çadıra qoyulanları və meydançada qalanları ayırmaq);
6. Çadıra ―A‖ siyahı preparatları, bahalı, dona bilən dərman vasitələrini ilk növbədə yerləşdirmək;
7. Açıq meydança üçün yer hazırlamaq (qardan, zibildən təmizləmək);
8. Əmlakı sıra ilə taxta döşəməyə yığmaq;
9. Üstünü brezent, yaxud polietilen plyonka ilə örtmək, örtüyün əmlaka toxunmasını təmin etmək;
10. Çadırda iş yerini açmaq.
Əczaxananın işini həcmindən və açılma yerindən asılı olaraq qəbul-resept və asistent şöbələrini
birləşdirmək mümkündür. Amma, şəraitdən asılı olmayaraq, infuzion məhlulların hazırlanması üçün
ayrı iş yeri (Boks) ayrılır və yuyucu otaqda ayrı olmalıdır.
Əsas tibbi əmlakın ehtiyyatı, o cümlədən bahalı və dona bilən preparatlar əczaxananın içində
saxlanılır. Qalan əmlak yeşiklərdə meydançada yerləşdirilir.
Əczaxananın açılma sxemi konkret şəraitlərdən asılı olaraq dəyişə bilər. Məsələn, yay vaxtı
yuyucu otaq çadırdan kənarda yerləşməlidir. Kütləvi şəkildə infuzion məhlulları hazırlamaq lazım
olduqda, boks üçün çadırın yarısı ayrılır.
Tibbi avadanlığın ambarı ərazinin şəraitindən, nəqliyyat yolunun olub- olmamasından asılı
olaraq əczaxanadan aralı yerləşə bilər.