Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Mexaniki zədələnmələrdə İTY həcmi və vəzifələri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə89/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Mexaniki zədələnmələrdə İTY həcmi və vəzifələri: 
1. zədə amilinin təsirini aradan qaldırmaq; 
2. tənəffüs və ürək fəaliyyətinin bərpası (ilkin reanimasion tədbirlər); 
3. qanaxmanın müvəqqəti dayandırılması; 
4. ağrı ilə mübarizə (ağrısızlaşdırma) ; 
5. yaraların steril sarğılarla bağlanması; 
6. əlaltı vasitələrlə zədəli nahiyyələrin hərəkətsizləşdirilməsi; 
7. zədəalana daha rahat vəziyyət verilməsi. 
Yanıqlarda ilk tibbi yardıma aiddir: 
1. zədələyici amilin təsirinin kəsilməsi; 
2. tənəffüs yollarının keçiriciliyinin bərpası; 
3. ağızdan-ağıza, ağızdan-buruna süni tənəffüs


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
70
4. ilk tibbi yardım sarğılarının (individual paket, steril salfetlər, kontur sarğı) qoyulması; 
5. oksigen inhalyasiyası və şokəleyhinə mübarizə kimi ağrıkəsicilərin vurulması. 
Hamilə və zahı qadınlara göstərilən ilk tibbi yardım 
Fövqəladə vəziyyətlərdə hamilə qadınlar bir sıra mənfi təsirlərə məruz qalırlar. Ümumi və yerli 
zədələnmələrdən asılı olaraq orqanizmin cavab reaksiyası da müxtəlifdir və bir sıra faktorlardan 
asılıdır: 
1.müxtəlif növ zədələrin olması (yanıqlar, travmalar, şüalanma və s) ; 
2.hamiləliyin müddəti, doğuşun olub-olmaması; 
3.hamilə qadın və dölün sağlamlıq vəziyyəti; 
4.hamilə qadının olduğu şərait (ev, stasionar, yol, dağıntı və s.). 
5.Hamilə qadında və döldə kəskin ağırlaşmalara səbəb olan mənfi hallardan biri stress vəziyyətidir. 
Stress vəziyyəti abort (erkən və ya gecikmiş) və ya vaxtından əvvəl doğuşla nəticələnə bilər. 
Zədə və stress ciftin vaxtından əvvəl ayrılmasına, qanaxmalara, uşaqlığın zədələnməsinə gətirib 
çıxarır. Nəticədə dölün bətndaxili tələf olması baş verir. Ona görə tibbi personal ilk tibbi yardımı 
göstərməyə hazır olmalıdır. İlk növbədə hamilə qadın təhlükəsiz yerə aparılmalıdır. Qadını 
sakitləşdirməli, doğuşun yaxşı keçəcəyini bildirməlidir. Hamiləliyin müddətindən asılı olmayaraq 
qadına sakitləşdirici dərmanlar (məs: valerian), zəif trankvilizatorlar (trioksazin, elenium və s) 
verilməli, əzələ daxilinə seduksen, relanium və s. yeridilməlidir. Fövqəladə vəziyyətlər zamanı 
hamiləliyin ilk aylarında abort başlaya bilər. Bu özünü qarışıq klinika ilə göstərir, lakin müalicəyə tabe 
olur. Bu mərhələnin əlamətləri bunlardır: qarında istənilən xarakterli ağrılar, cinsiyyət orqanlarından 
qanlı ifrazat. Şüalanmaya məruz qalmış və ya intoksikasiyalı orqanizmdə hamiləliyi saxlamaq 
məqsədəuyğun deyil. Digər hallarda hamiləlik qorunur, əzələdaxilinə 25% -li 10 ml maqnezium-sulfat 
(MgSO
4
) yeridilir. Sedativ preparatlar təyin edilir 
Hərəkətdə olan orqanizmdə abort prosesini saxlamaq mümkün deyil. Bu zaman güclü qanaxma 
olduğundan xəstə mütləq stasionara təxliyyə olunmalıdır. 
Gecikmiş düşüklər kliniki olaraq doğuş kimi gedir. Ciftin vaxtından tez ayrılması nəticəsində baş 
verən qanaxma ilə əlaqədar ilk növbədə xəstə stasionara çatdırılmalı və həkim yardımı göstərilməlidir. 
Vaxtından əvvəl doğuş zamanı (15-36 həftəyə qədər) doğulan uşağın ümumi vəziyyəti doğuşun 
düzgün aparılmasından çox asılıdır. Dölyani suların vaxtından əvvəl axması, o cümlədən dölün 
natamam inkişafı ilə əlaqədar yenidoğulmuşda tənəffüs pozğunluqları inkişaf edə bilər. Hamiləliyin 
axırıncı aylarında və erkən doğuşdan sonrakı mərhələdə qanaxmaların qarşısını almaq üçün uşaqlığı 
yığan preparatlar məs: erqometrin yeridilir. Bundan əlavə endometritin qarşısını almaq üçün 
antibiotiklərin yeridilməsi məqsədə uyğundur. Məsələn: aminoqlikozidlər (sefoloridin, sefolozamin) o 
cümlədən ampisillin, ampioks yeridilə bilər. Hospitala qədər mərhələdə bu yardımın göstərilməsi 
kifayət edir. Fövqəladə vəziyyətlərdə 38-41 həftəlik hamiləlik ağırlaşmasız normal doğuşla və 
ağırlaşma olmadan nəticələnə bilər. Fövqəladə vəziyyətlərdə rast gəlinən ağırlaşmalara aiddir: 
nefropatiyanın əlaməti olaraq A/T yüksəlməsi, doğuşa qədər dölyani suların axması, doğuş 
fəaliyyətinin qüsuru (zəif doğuş, güclü doğuş və s.) Hamilə və doğan qadınlar üçün ən təhlükəli 
vəziyyət nefropatiyadır. Digər əlamətlər (ödem, sidikdə zülal) olmadan A/T 130/90 mm.c. süt. 
qalxması həkim yardımına göstəriş sayılır. Bu zaman akuşer hipotenziv preparat (papaverin dibazol, 
klofellin) yeridilir və qadın tez bir zamanda stasionara çatdırılır. Doğulmuş uşağın ağız və burun 
boşluğundan selik rezin balonların (kiçik klizmaya oxşar) köməyilə təmizlənir və göbək ciyəsi 
kəsilərək, liqatura qoyulur. Yenidoğulmuşu soyumadan qorumaq lazımdır. Əgər uşaq qışqırmırsa, zəif 
tənəffüsü varsa və ya tənəffüsü yoxdursa, onda təcili reanimasiya tədbirləri aparılır. Yadda saxlamaq 
lazımdır ki, doğuşdan sonrakı dövrdə qadını tərpətmək olmaz və ya başqa yerə aparmaq olmaz. Bu 
mərhələ 5-dəqiqədən 10-15 dəqiqəyə kimi davam edir. Bu dövrdə baş verə biləcək qanaxmaların 
qarşısını almaq üçün qarının aşağı hissəsinə soyuq əşya qoyulmalı və nəzarət altında olmalıdır. 
Fövqəladə vəziyyətlərdə hamiləlik və doğuş zamanı qadında eklampsiya və preeklampsiya, ciftin 
vaxtından əvvəl ayrılması, qanaxmalar baş verə bilər ki, bu da ilk həkim yardımının vaxtında 
göstərilməsinə göstərişdir. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin