Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
70
4. ilk tibbi yardım sarğılarının (individual paket, steril salfetlər, kontur sarğı) qoyulması;
5. oksigen inhalyasiyası və şokəleyhinə mübarizə kimi ağrıkəsicilərin vurulması.
Hamilə və zahı qadınlara göstərilən ilk tibbi yardım
Fövqəladə vəziyyətlərdə hamilə qadınlar bir sıra mənfi təsirlərə məruz qalırlar. Ümumi və yerli
zədələnmələrdən asılı olaraq orqanizmin cavab reaksiyası da müxtəlifdir və
bir sıra faktorlardan
asılıdır:
1.müxtəlif növ zədələrin olması (yanıqlar, travmalar, şüalanma və s) ;
2.hamiləliyin müddəti, doğuşun olub-olmaması;
3.hamilə qadın və dölün sağlamlıq vəziyyəti;
4.hamilə qadının olduğu şərait (ev, stasionar, yol, dağıntı və s.).
5.Hamilə qadında və döldə kəskin ağırlaşmalara səbəb olan mənfi hallardan biri stress vəziyyətidir.
Stress vəziyyəti abort (erkən və ya gecikmiş) və ya vaxtından əvvəl doğuşla nəticələnə bilər.
Zədə və stress ciftin vaxtından əvvəl ayrılmasına, qanaxmalara, uşaqlığın
zədələnməsinə gətirib
çıxarır. Nəticədə dölün bətndaxili tələf olması baş verir. Ona görə tibbi personal ilk tibbi yardımı
göstərməyə hazır olmalıdır. İlk növbədə hamilə qadın təhlükəsiz yerə aparılmalıdır. Qadını
sakitləşdirməli, doğuşun yaxşı keçəcəyini bildirməlidir. Hamiləliyin müddətindən asılı olmayaraq
qadına sakitləşdirici dərmanlar (məs: valerian), zəif trankvilizatorlar (trioksazin, elenium və s)
verilməli,
əzələ daxilinə seduksen, relanium və s. yeridilməlidir. Fövqəladə vəziyyətlər zamanı
hamiləliyin ilk aylarında abort başlaya bilər. Bu özünü qarışıq klinika ilə göstərir, lakin müalicəyə tabe
olur. Bu mərhələnin əlamətləri bunlardır: qarında istənilən xarakterli ağrılar, cinsiyyət orqanlarından
qanlı ifrazat. Şüalanmaya məruz qalmış və ya intoksikasiyalı orqanizmdə hamiləliyi saxlamaq
məqsədəuyğun deyil. Digər hallarda hamiləlik qorunur, əzələdaxilinə 25% -li 10 ml maqnezium-sulfat
(MgSO
4
) yeridilir. Sedativ preparatlar təyin edilir
Hərəkətdə olan orqanizmdə abort prosesini saxlamaq mümkün deyil. Bu zaman güclü qanaxma
olduğundan xəstə mütləq stasionara təxliyyə olunmalıdır.
Gecikmiş düşüklər kliniki olaraq doğuş kimi gedir. Ciftin vaxtından tez ayrılması nəticəsində baş
verən qanaxma ilə əlaqədar ilk növbədə xəstə stasionara çatdırılmalı və həkim yardımı göstərilməlidir.
Vaxtından əvvəl doğuş zamanı (15-36 həftəyə qədər) doğulan uşağın
ümumi vəziyyəti doğuşun
düzgün aparılmasından çox asılıdır. Dölyani suların vaxtından əvvəl axması, o cümlədən dölün
natamam inkişafı ilə əlaqədar yenidoğulmuşda tənəffüs pozğunluqları inkişaf edə bilər. Hamiləliyin
axırıncı aylarında və erkən doğuşdan sonrakı mərhələdə qanaxmaların qarşısını almaq üçün uşaqlığı
yığan preparatlar məs: erqometrin yeridilir. Bundan əlavə endometritin qarşısını
almaq üçün
antibiotiklərin yeridilməsi məqsədə uyğundur. Məsələn: aminoqlikozidlər (sefoloridin, sefolozamin) o
cümlədən ampisillin, ampioks yeridilə bilər. Hospitala qədər mərhələdə bu yardımın göstərilməsi
kifayət edir. Fövqəladə vəziyyətlərdə 38-41 həftəlik hamiləlik ağırlaşmasız
normal doğuşla və
ağırlaşma olmadan nəticələnə bilər. Fövqəladə vəziyyətlərdə rast gəlinən ağırlaşmalara aiddir:
nefropatiyanın əlaməti olaraq A/T yüksəlməsi, doğuşa qədər dölyani suların axması,
doğuş
fəaliyyətinin qüsuru (zəif doğuş, güclü doğuş və s.) Hamilə və doğan qadınlar üçün ən təhlükəli
vəziyyət nefropatiyadır. Digər əlamətlər (ödem, sidikdə zülal) olmadan A/T 130/90 mm.c. süt.
qalxması həkim yardımına göstəriş sayılır. Bu zaman akuşer hipotenziv preparat (papaverin dibazol,
klofellin) yeridilir və qadın tez bir zamanda stasionara çatdırılır. Doğulmuş uşağın ağız
və burun
boşluğundan selik rezin balonların (kiçik klizmaya oxşar) köməyilə təmizlənir və göbək ciyəsi
kəsilərək, liqatura qoyulur. Yenidoğulmuşu soyumadan qorumaq lazımdır. Əgər uşaq qışqırmırsa, zəif
tənəffüsü
varsa və ya tənəffüsü yoxdursa, onda təcili reanimasiya tədbirləri aparılır. Yadda saxlamaq
lazımdır ki, doğuşdan sonrakı dövrdə qadını tərpətmək olmaz və ya başqa yerə aparmaq olmaz. Bu
mərhələ 5-dəqiqədən 10-15 dəqiqəyə kimi davam edir. Bu dövrdə baş verə biləcək qanaxmaların
qarşısını almaq üçün qarının aşağı hissəsinə soyuq əşya qoyulmalı və nəzarət altında olmalıdır.
Fövqəladə vəziyyətlərdə hamiləlik və doğuş zamanı qadında eklampsiya və preeklampsiya, ciftin
vaxtından əvvəl ayrılması, qanaxmalar baş verə bilər ki, bu da ilk həkim yardımının vaxtında
göstərilməsinə göstərişdir.