Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 73
MÖVZU 35 Qanaxmalar – təsnifatı. Göstərilən ilk tibbi yardım Fəlakətlər zamanı ən çox mexaniki travmalar və onun fəsadı kimi, qanaxmalar və kəskin massiv
qanitirməyə rast gəlinir. Müxtəlif səbəblərdən qanın öz yatağını tərk etməsinə, yəni damar divarından
axmasına qanaxmadeyilir.
Qanaxmanın həcmi və sürəti yaranın ölçüsündən, zədələnmiş damarın növündən asılıdır.
Həyat üçün təhlükəli iri və orta ölçülü damarların zədələnməsidir. Xırda damarların zədələnməsi
isə qan laxtalanmasının pozulması nəticəsində baş verə bilər.
Təsnifatı. 1. Səbəbinə görə: travmatik (mexaniki) patoloji, fizioloji.
2. Anatomik – fizioloji təsnifat (zədələnmiş damarın növünə görə) – arterial, venoz, kapilyar,
parenximatoz, qarışıq.
3. Axan qanın orqanizmə münasibətinə görə - daxili, xarici, qarışıq.
4. Baş vermə vaxtına görə - birincili, ikincili.
5. Baş vermə sayına görə - bir dəfə, təkrari, çoxsaylı.
6. Davamiyyətinə görə - dayanmış, davam edən.
7. İntensivliyinə görə - proffuz, orta həcmli, zəif.
8. Təzahür etməsinə görə - aydın nəzərə çarpan və gizli.
Travmatik qanaxma – damarların mexaniki (küt və açıq) zədələnməsi zamanı, onun
tamlığının pozulması nəticəsində baş verir. Müharibə və fəlakətlər zamanı bu növ qanaxmalar ön plana
çıxır.
Patoloji qanaxmalar – səbəbi qan xəstəlikləri (hemofiliya, trombositopeniya və s.) və bir
sıra patoloji proseslərdir (sepsis, skarlatina). Bu zaman laxtalanma kəskin pozulur və damar divarı
keçiriciliyi artır.
Arterial qanaxma – qanaxmaların ən təhlükəlisidir. Əgər qanaxma dayandırılmazsa, insan
aortanın yaralanmasında 1 dəq, diametri 1 sm və daha çox olan magistral arteriyaların zədələnməsində
5 dəq ərzində ölə bilər. Ölümə səbəb isə beyinin kəskin anemiyasıdır. Arterial qanaxmanın xarakterik
cəhəti:
1. Arteriyalarda təzyiq yüksək olduğundan qan sürətlə və fəvvarə ilə axır;
2. Qan oksigenlə zəngin olduğundan al-qırmızı rəngdə olur;
3. Qanaxmanı saxlamaq üçün arteriya mərkəzi hissədə yaradan ürəyə doğru olan hissədə
sıxılmalıdır.