Narkozun aşağıdakı növləri vardır:
– inhalyasion narkoz – agrıkəsici vasitələr tənəffüs yolları vasitəsilə yeridilir.
– parenteral – anestetiklər vena daxili, əzələ daxili, rektal və s.verilir.
– kombinasiyalı üsul.
Narkozun aşağıdakı stadiyaları vardır:
1) Analgeziya stadiyası. Bu zaman huş aydındır, ağrı hissi kütləşir və ya itir, taktil və temperatur
hissi saxlanılir. Tənəffüs dərin, ritmikdir, nəbz sürətlənib, əzələlərin tonusu sabit və ya bir qədər
yüksəlib.
2) Hərəki oyanma stadiyası. Bu zaman skelet əzələlərinin tonusu artır, ətraflarda yığılmalar baş
verir, bəzən xəstələr ayağa durmağa çalışır. Tənəffüs və nəbzin tezləşməsi, arterial təzyiqin
yüksəlməsi müşahidə olunur. Bəbəklər genişlənib, ağız suyu, göz yaşı, tər, bronxial vəzlərin
sekresiyası artıb. Bu fazada analgeziya dərinləşir, bəzən sidikburaxma, qusma, ürəyin reflektor
dayanması, mədəciklərin fibrilyasiyası, hətta ölüm baş verə bilər.
3) Cərrahi narkoz dövru. Bu dövr özü də bir neçə mərhələyə bölünür: səthi, yüngül narkoz; tam
narkoz; çox dərin narkoz. Əsas cərrahi əməliyyatlar tam narkoz mərhələsində aparılır. Bu dövrdə
tənəffüs sakit, səthi, nəbz ritmik, arterial təzyiq aşağıdır, skelet əzələlərinin tonusu aşağı
düşmüşdür. Bəzən bu dövrdə dilin qatlanması və qırtlağı tutması nəticəsində asfiksiya ola bilər.
Dərin narkoz dövrü həyat və ölüm arasında sanki bir sərhəddir. Tənəffüs səthi, diafraqmal, nəbz
zəif doğunluglu, arterial təzyiq aşağıdır. Selikli qişaların sianozu qeyd olunur. Göz almalarının
hərəkəti yoxdur, bəbəklər genişdir. Buynuz qişa qurudur.
Bütün narkoz müddətində nəbz, arterial təzyiq müşahidə olunur.Daimi EKQ çəkilir, qanda
oksigenin miqdarı,elektrolitlər və turşu – qələvi müvazinəti təyin edilir.
4) Narkozdan ayılma dövrü çox məsuliyyətli dövrdür. Bu zaman reflekslər tədricən bərpa olunur.
Xəstələr bir müddət özünü qeyri- adekvat aparır. Bu dövrdə də xəstə anestezioloq tərəfindən
daimi müşahidə olunur.
İnhalyasion narkoz (buxar, qaz halına salınmış mayelərlə nəfəs alma). İnhalyasion narkoz
atmosfer havası və oksigenlə eyni vaxtda narkotik mayelərin buxarı və narkotik qazlarla nəfəs
alınması vasitəsi ilə əldə edilir.
Qazabənzər maddələrin timsalında azot turşusu, tsiklopropan, etilen, ksomen və s. istifadə edilir.